Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkədə "survivor" havası... Sahil Babayev əmək müqavilələrinin sayının artdığını desə də, əslində azalıb
Ölkədə "survivor" havası... Sahil Babayev əmək müqavilələrinin sayının artdığını desə də, əslində azalıb

Ölkədə müqavilə ilə işləyənlərin sayının artırılması çox vacibdir. Əhalinin işləyən qisminin böyük hissəsinin qeyri-formal əməklə məşğul olması yaxşı tendensiya deyil. Bu mənada Azərbaycanda əmək bazarındakı durum yalnız bədbinliyə əsas verir. Əmək müqavilələrinin azlığı hüquqi dövlət anlayışına onsuz da ziddir. Üstəlik, müqavilə ilə işləyənlərin sayı dayanmadan azalır. Son illər əmək bazarında kədərli mənzərə yaranıb. İş yerləri çox azalıb. Düzdür, hökumət hesabatlarında həmişə olduğu kimi, işlərin qaydasında olduğunu iddia edir. Amma vəziyyətin belə olmadığını rəqəmlərə nəzər salmadan da bilmək mümkündür. Rəqəmlər isə özlüyündə işlərin pis getdiyini ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, son bir ildə Azərbaycanda müqavilə ilə işləyənlərin sayı 13 min nəfər azalıb. Yük təkcə özəl sektorun üzərinə düşməyib. Məsələn, dövlət sektorunda müqavilə ilə çalışan 6 min nəfər işsiz qalıb. Mütəxəssislər bir çox amilləri önə çəkirlər. Onların fikrincə, sosial ödənişlər sahibkarlar üçün çox ağır yükdür.

Hüquq müdafiəçisi Azər Quliyev bildirir ki, işəgötürənləri əmək müqaviləsi bağlamağa təşviq edə biləcək mexanizm yoxdur: “Dövlət onları stimullaşdırmaq üçün vergi faizlərini azalda bilər. Qalan digər tədbirlər məcburidir və qanunla tənzimlənir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi yalnız maarifləndirmək yolu ilə problemin həllinə ümid edir. Halbuki işəgötürənlərin yükünün ağırlığı da nəzərə alınmalıdır. Əlbəttə, məsuliyyətdən yayınmaq istəyənlər az deyil. Sahibkarların nəzərəçarpan hissəsi vergidən yan ötmək üçün əmək müqavilələrindən imtina edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev əmək müqavilələrinin az olduğunu deyir, amma bədbinliyə əsas görmür. Onun iddiasına görə, son illər sayda 30 faiz artım olub. Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə cəmi 11 faiz artımdan danışır. Vəziyyət yaxşılığa doğru dəyişməkdən daha da pisləşir. Əmək müqavilələri işçilərin haqlarının qorunmasında böyük rol oynayır. Məvaciblərin leqallaşdırılmasına çox ehtiyac var. Qeyri-formal əmək işçi-sahibkar münasibətlərini də zədələyir.

Sahil Babayev necə arxayın danışır, anlamaq olmur. İş yerləri onsuz da sürətlə azalır. Üstəlik, məşğul əhalinin sosial müdafiəsi lazımınca təmin olunmur. İnsanlar heç bir sosial dayaq olmadan həyatda qalmağa çalışırlar.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »