Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağdan köç edən insanlara sənəd imzalatmaq lazımdır ki, sabah torpaq iddiası etməsinlər"
"Qarabağdan köç edən insanlara sənəd imzalatmaq lazımdır ki, sabah torpaq iddiası etməsinlər"

"Azərbaycan dövləti Qarabağdan köç edən bütün ermənilərə "Bizə Azərbaycan tərəfindən heç bir təzyiq  yoxdur,  özümüz gedirik" şəklində bir sənəd imzalatmalıdır".

Bu barədə siyasi şərhçi Nazim Cəfərsoy təklif irəli sürüb. Bununla bağlı Bizimyol.info xəbər portalına danışan şərhçi qeyd edib ki, erməni tərəfi bu məsələni Azərbaycanın etnik təmizlik etməsi təbliğatı və hüquqi terminologiyası üzərinə oturtmağa çalışır. Cəfərsoy deyir ki, bununla bağlı müxtəlif rəsmilərin açıqlamaları var.

Nazim Cəfərsoy Nazim Cəfərsoy

“Ermənistan tərəfi, başda Paşinyan olmaqla bu barədə açıqlamalar verir. Bütün beynəlxalq arenalarda, Qərb rəsmilərinin verdiyi reaksiyalar, bütün bunların hamısı Azərbaycan üçün  etnik təmilik iddiası formalaşdırmağa çalışır. Bənzər hadisə Türkiyə ilə də bağlı baş vermişdi. Qondarma “soyqırım” iddiası ilə Türkiyəni ittiham etməyə çalışırdılar. Bizi də etnik təmizləmə ilə ittiham etməyə çalışırlar. Hətta təkcə Qərb rəsmiləri və ya Ermənistan rəhbərliyi deyil, Putin də “etnik təmizləmə” terminn istifadə etdi.

Amma o dedi ki, “Azərbaycan söz verib ki, etnik təmizləmə etməyəcək. Və biz buna inanırıq”” -deyə Nazim Cəfərsoy bildirib. O, vurğulayıb ki, etnik təmizləmə termini bir ərazinin zorla bəlli bir etnik mənsubiyyətdən təmizlənməsi, boşaldılması prosesidir. Şərhçinin fikrincə, Azərbaycan dövləti belə bir sənəd imzaladıb, bunu videolarla təsdiq edərsə, bu, gələcəkdə Azərbaycana lazım olacaq.

“Gələcəkdə onlar bizi Avropa İnsan Haqqları Məhkəməsinə, Beynəlxalq Məhkəmələrə verəcək, başqa ölkələrin parlamentlərində qondarma etnik təmizləmə qərarları çıxarmağa çalışacaqlar. Məsələn, gedənlərdən biri nə vaxtsa çıxıb deyəcək ki, mənim  evim var idi, Azərbaycan məni evimdən zorla çıxardı, təzminatını istəyirəm. Bu kimi iddiaların olmaması üçün onlara  qeyd edilən sənəd imzalatmaq lazımdır”-deyən Cəfərsoy hesab edir ki, 5-10 min erməni belə bir iddia qaldırarsa, bu, bizim üçün böyük bir problem olar və Azərbaycan onilliklər boyu bununla "çarpışmaq" məcburiyyətində qalar. Ancaq bu halın qarşısının alınması üçün onlara sənəd imzalatmaq lazım idi.

“Hələ gecikmişik. Ayın 22-dən bunu etməli idik. Bunun siyasi təcrübəsi var. Məsələn, Gürcüstan öz ölkəsinə gələn Rusiya vətəndaşlarına bir sənəd imzalatmışdı və Qərb də etiraz etməmişdi. Sənəddə qeyd edilirdi ki, “Biz Abxaziya və Osetiyanın Gürcüstan ərazisi olduğunu qəbul edirik”... Bizim də belə bir addım atmağımız Azərbaycanı gələcəkdə siyasi, hüquqi və maddi faktorlardan qorumuş olacaq. Onların dilindən iltizam alıb, videoya çəkmək gələcəkdə bizə dəlil kimi lazım olacaq”-deyə şərhçi vurğulayıb.

İradə Cəlil, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »