Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT ekspertləri Ukraynada rusların yeni cinayətlərini üzə çıxarıblar
BMT ekspertləri Ukraynada rusların yeni cinayətlərini üzə çıxarıblar

BMT-nin Ukraynadakı pozuntuları araşdıran Müstəqil Beynəlxalq Komissiyasının ekspertləri Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərə dair çoxsaylı sübutlar tapmağa davam etdiklərini bildiriblər.

Bizimyol.info xəbər verir ki, son hesabatda partlayıcı silahlardan istifadə edilən qeyri-qanuni hücumlar, mülki şəxslərə zərər vurulması, işgəncələr, cinsi və gender əsaslı zorakılıqlar və enerji infrastrukturuna hücumlar yer alır.

Komissiya evlərə, tibb müəssisəsinə, qatar stansiyasına, restorana, mağazalara və ticarət anbarlarına mülki əhalinin tələfatı, əsas obyektlərin zədələnməsi və ya məhv edilməsi, əsas xidmət, eləcə də məhsulların dayandırılması ilə nəticələnən partlayıcı hücumları sənədləşdirib.

Komissiyanın Xerson və Zaporojyedə apardığı araşdırmalar göstərir ki, işğalçılar Ukrayna Silahlı Qüvvələrinin xəbərçisi olmaqda ittiham olunan şəxslərə qarşı geniş və sistemli işgəncələrdən istifadə edir. Çox halda işgəncə o qədər amansız olub ki, ölümlə nəticələnib.

“Hər dəfə nəyisə bilmirəm və ya xatırlamıram deyə cavab verərkən bədənimə elektrik cərəyanı verirdilər.

Nə qədər davam etdiyini bilmirəm. Bu mənə əbədiyyət kimi görünürdü, sonu olmayacağını düşünürdüm", - zərərçəkənlərdən biri deyipb.

Komissiya həmçinin müəyyən edib ki, Xerson vilayətində rus əsgərləri 19 yaşdan 83 yaşa qədər olan qadınları zorlayıb və cinsi təcavüz ediblər. Çox vaxt eyni ailənin üzvləri qonşu otaqda saxlanıldığı üçün baş verən şiddətə qulaq asmaq məcburiyyətində qalıblar.

Bundan əlavə, BMT ekspertləri Novaya Kaxovkada bəndin dağıdılması səbəblərini və onun mülki əhaliyə təsirini, habelə ukraynalı azyaşlıların Rusiya Federasiyasına aparılmasının səbəblərini araşdırmaqda davam edir. Hesabatda qeyd edilir ki, Rusiya dövlət və digər KİV-də verilən bəyanatlar soyqırıma çağırış cinayəti təşkil edə bilər. Komissiya üzvləri həmçinin Ukraynanı öz silahlı qüvvələrinin yol verdiyi bir neçə qanun pozuntusunu tez bir zamanda araşdırmağa çağırıb.

Xatırladaq ki, BMT-nin Rusiya Federasiyasının Cinayətlərin Araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiyası 2022-ci il martın 31-də yaradılıb. Onlar iddia edirdilər ki, rus işğalçıları döyüşdən kənarda Ukrayna dinc sakinlərinə “ayrı-seçkilik və qeyri-mütənasib” hücumlar, işgəncələr və qətllər həyata keçirirlər.

Bu il aprelin əvvəlində bildirilmişdi ki, Çin BMT-də bu komissiyanın işinin davam etdirilməsinin əleyhinə səs verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »