Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda itaətsizlik aksiyaları davam edir, polis iştirakçıları saxlayıb
İrəvanda itaətsizlik aksiyaları davam edir, polis iştirakçıları saxlayıb

Ermənistanın Milli Hərəkatın Koordinasiya üzrə Milli Komitəsinin nümayəndələri və onların tərəfdarları səhər tezdən İrəvanda itaətsizlik aksiyalarına başlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat verib.

Bildirilir ki, aksiya iştirakçıları Koryun küçəsini, Abovyan küçəsi ilə kəsişməni, həmçinin sirk binasının yaxınlığındakı kəsişməni bağlayıblar. Paytaxtın mərkəzində Vazgen Sarkisyan küçəsi və Gülbenkyan ilə Komitas küçələrinin kəsişməsi də bağlanıb.

Hazırda polis sirkə bitişik ərazidə fəalları saxlayıb. Bu ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Aşağıdakı ünvanlarda itaətsizlik aksiyaları planlaşdırılır: Kentron inzibati rayonunda - İrəvan sirkinin yaxınlığındakı kəsişmədə, Yeritasardakan metrosunun yaxınlığında. Bu gün həmçinin SKK-nın qarşısında da etiraz aksiyası keçiriləcək. Karen Dəmirçyan (Ajapnyak), Qaregin Njde meydanında (Şenqavit), Sasunlu Davidin abidəsində (Erebuni), Müqəddəs Xaç kilsəsində, Kasyan küçəsində (Ərəbqırd), "Yerevan City"də (Zeytun),  Andranik abidəsi (Malatiya Sebastia), Guy (Nor-Nork) abidəsi qarşısında etiraz mütünqləri keçiriləcək.

Sentyabrın 19-dan Azərbaycanın bir günlük lokal anti-terror tədbirindən sonra İrəvanda Qarabağ iqtisadi rayonunda baş verən təslim olama hadisələrinə görə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.

Qadir, Bizimyol.info

P.S: Müxalifət və Rusiya tərəfdarlarının aksiyaları gözlənilən qədər kütləvilik təşkil etmir. Ekspertlərin fikrincə bu, həm müxalifətin Qarabağdan olan erməni klanının nəzarətində olmasına etiraz, həm də son hadisələrdən sonra ermənilərin Rusiyaya qarşı qəzəbli olması ilə bağlıdır. Hazırkı baş nazir Nikol Paşinyanın tərəfdarları nisbətən azlıqda olsalar da, hökumətin siyasi təbliğatını uğurla davam etdirirlər. Onlar xalqa təsir edə biləcək təbliğat qurublar və insanları inandırmağa çalışırlar ki, Paşinyanın Qarabağı deyil, Ermənistanı dağılmaq təhlükəsindən xilas edir. Hələlik Rusiyanın nüfuzunun zəifləməsi fonunda onlar bunu bacarırlar.

Son xəbərlər
Bütün xəbərlər »