Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi şəhərinə yaxın ərazidə yanacaq çənində partlayış baş verib.
Bizimyol.info xəbər verir ki, Qarabağdakı qondarma erməni rejimi "səlayiyyətli"lərinin açıqlamasında yanacaq çəninin Xankəndi ilə Əsgəran arasındakı yolun yaxınlığında partlaması nəticəsində ölən və yaralananların olduğunu bildirib.
Partlayışın səbəbi hələ məlum olmasa da, hadisə yerinə çoxlu sayda tibbi qruplar göndərilib.
Azərbaycan yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib. Tibbi ləvazimatlarla dolu avtomobil Ağdam-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.
Bizimyol.info