Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orta dəhlizdə daha bir addım atıldı
Orta dəhlizdə daha bir addım atıldı

Qars-Naxçıvan dəmiryolu xəttinin çəkilməsinə dair niyyət protokolu imzalandı. Sənədə Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görüşü çərçivəsində imza atılıb.

Bu, Füzuli və Zəngilan hava limanlarının tikilməsindən, Horadizdən Zəngilana - Ermənistan sərhədi yaxınlığına qədər dəmir yolunun və avtomobil yolunun çəkilməsindən sonra Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması yönündə növbəti addımdır. Orta dəhlizin gerçəkliyə çevrilməsi baxımından daha bir mühüm qərardır.

Tehran yenə də bu layihəyə etirazını bildirib; İran Müdafiə Nazirliyi "beynəlxalq sərhədlərin dəyişdirilməsinə dözməyəcəyi" haqda bəyanat verib və güc tətbiqi ilə təhdid edib. Bu məsələdə Ermənistanla İranın mövqeyi eynidir. ABŞ isə Hindistan vasitəsilə prosesə qarışıb və müqavimət göstərməyə çalışır. Maraqlıdır ki, bu məsələdə ABŞ İranla eyni ittifaqda görünür. Zorən alyasnsın "sözşüsü" İrandır. "Arqument" olaraq da, Ermənistan-İran sərhədlərinin guya aradan qalxacağına "söykənirlər". Əslində isə bu, spekulyativ çığırtılardır; Azərbaycan-İran sərhədləri boyu dəmiryolu və avtomobil yolları keçir. Bu, Sovet-İran sərhədləri dövründə də olub. Bu, o deməkdir ki, İranın sərhədləri dəyişib?! Yox! Yol çəkmək nə zamandan sərhəd dəyişikliyinə səbəb olur. Azərbaycan elə İranın özü ilə də Zəngilandan İran ərazisinə keçməklə nəqliyyat-kommunikasiya xətləri çəkilməsi haqda memorandum imzalayıb. Onda sərhəd dəyişikliyi olmur, Qars-Naxçıvan dəmiryolu sərhəd dəyişikliyi yaradır?!

Regiona heç bir dəxli olmayan Hindistan o qədər yolu basa-basa gəlib İranın ərazisindən yüz kilometelərlə məsafə qət edib Ermənistana, ordan da yüzlərlə kilometr Ermənistan ərazisi ilə Gürcüstana keçəndə Ermənistana, İran-Ermənistan sərhəddi dəyişmir, ancaq Türkiyə Naxçıvandan Azərbaycanın əsas ərazisinə Ermənistan vasitəsilə 35-40 kilometrlik yol istəyəndə sərhədlər pozulmuş olur?!

Nəmənə işmiş?!

Seyid Əhmədli,

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »