Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdərəni ermənilər dünən axşam saatlarında tam olaraq tərk ediblər
Ağdərəni ermənilər dünən axşam saatlarında tam olaraq tərk ediblər

Ağdərədə qeyri-qanuni yaşayan ermənilər rayonu tərk edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatına Ağdərə şəhərinin "meri" Mişa Qyurcyan bildirib. O, şəhərin sahiblərinə tam təhvil verildiyi barədə xəbəri təsdiqləyib.

"Son sakinlər dünən axşam saatlarında Ağdərədən ayrılıblar", - deyə o qeyd edib.

Qyurcyan bildirib ki, sakinlərin ölümü ilə bağlı hər hansı məlumat yoxdur, lakin çoxlu itkin düşmüş insanlar haqqında məlumat var. Düzdür, o, konkret rəqəm deyə bilməyib. Qyurcyan onu da qeyd edib ki, Azərbaycanın lokal antiterror tədbiri başlayanda insanlar pərakəndə şəkildə rayonu tərk ediblər: "İtkin kimi qeyd olunanlar çoxlur. Qarışıqlıqda onların nə qədər olduğunu hesablamaq mümkün deyil. Həm də onların harada olduğu barədə də məlumatımız yoxdur. Hələlik biz məlum olanları itkin kimi qeydə almışıq, gələcəkdə bu siyahılar dəqiqləşdiriləcək”, - deyə o qeyd edib.

Qyurcyanın sözlərinə görə, şəhəri müdafiə edən hərbçilər arasında 20 nəfər həlak olub. Azərbaycan mediası artıq bir gün əvvəl Martakertə girən əsgərlərin Azərbaycan bayrağını yol nişanına yapışdırdığını əks etdirən video yayımlamışdı.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »