Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı milyarderin adı Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb
Azərbaycanlı milyarderin adı Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

Avropa İttifaqı Rusiya ilə bağlılığı olan üç iş adamına qarşı sanksiyaların müddətini uzatmamaq qərarına gəlib. “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqin və Vahid Sosial Təminat qrupunun başçısı Qriqori Beryozkinlə yanaşı, azərbaycanlı milyarder Fərhad Əhmədovun da adı siyahıdan çıxarılıb. Avropa İttifaqının rəsmi jurnalında da bu haqda yazılıb.

Bizimyol.info xəbər verir ki, təşkilat azərbaycanlını 2022-ci ilin aprelində cəzalandırmışdı. “Nortqaz”ın sahibi “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə xələl gətirmək təhlükəsi”ni səbəb göstərmişdi. Fərhad Əhmədov qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərmişdi.

2023-cü ilin martında azərbaycanlı milyarderin prodüser İosif Priqojinlə söhbətinin səs yazısı Rusiyada böyük qalmaqala səbəb olmuşdu. Fərhad Əhmədov söhbət zamanı Kreml rəhbəri Vladimir Putini təhqir etmişdi. O, bir epizodda ölkə rəhbərini “şeytan” adlandırmışdı. Səs yazısı yayılandan sonra Əhmədov uzun müddət ortada görünməmişdi. Elə indi də onun gözdən uzaq gəzdiyini demək olar. 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi “Kreml hesabatı” adlandırdığı siyahıda azərbaycanlı milyarderin adına da yer vermişdi. Bura Putinə yaxınlığı ilə seçilən oliqarxların adları salınmışdı. Onda Fərhad Əhmədov xeyli qəzəbli danışmışdı, ABŞ-ı ittiham etmişdi. Vaşinqton sonradan milyarderin iddialı açıqlamalarını unutmamışdı. Keçən ilin mayında Almaniyanın Hamburq şəhərində Əhmədovun dəyəri 436 milyon dollar olan yaxtası müsadirə edilmişdi. Bu məqamda milyarder yumşalmaq qərarına gəlmişdi. Avropa İttifaqı ilə gizli danışıqlara getməyə çalışmışdı.

Fərhad Əhmədovun həyat yoldaşı Tatyana ilə boşanma prosesi dünya mətbuatında böyük yer almışdı. Prosesi hətta Böyük Britaniya tarixinin ən bahalı boşanması da adlandırırlar. Çünki azərbaycanlı milyarder rusiyalı xanıma 135 milyon funt sterlinq ödəmək məcburiyyətində qalıb. Tatyana xanım əvvəlcə ondan dəfələrlə çox məbləğ qoparmağa çalışmışdı. Ailənin oğul övladı Teymurun atasının tərəfini tutması Əhmədovu çox pul itirməkdən xilas etmişdi. Britaniyalı məhkəmə hakimi Qvinet Noulz Əhmədovları “məhkəmələrdə gördüyüm ən bədbəxt ailə” adlandırmaqdan çəkinməmişdi.

Fərhad Əhmədov 2012-ci ildə Azərbaycanda nar şirəsi zavodu açmaq üçün 55 milyon dollarından keçmişdi. “Forbes” onun sərvətinin 1,1 milyard dollar olduğunu bildirir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »