Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Abrams” tanklarının ilk partiyası Ukraynaya gəlib
“Abrams” tanklarının ilk partiyası Ukraynaya gəlib

Amerikanın Abrams tanklarının ilk partiyası Ukraynaya çatdırılıb.

Bizimyol.info xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski deyib.

“Abrams” artıq Ukraynadadır və tank briqadalarımızı gücləndirməyə hazırlaşır”, - deyə o, öz "Telegram" kanalında yazıb. Dövlət başçısı alınan texnikanın sayını barədə məlumat verməyib.

Bundan əvvəl “The New York Times” qəzeti Pentaqonun iki nümayəndəsinə istinadən bu avadanlığın ilk partiyasının gəlməsi barədə məlumat yayıb. Onların sözlərinə görə, tanklar vaxtından aylar əvvəl təhvil verilib və onlar Ukraynanın əks-hücumunda istifadə oluna bilər.

Nəşrin həmsöhbətləri bildiriblər ki, ABŞ prezidenti Co Bayden administrasiyasının vəd etdiyi 31 "Abram"ın qalan hissəsi yaxın aylarda Ukraynaya ərazisinə çatacaq. Lakin rəsmilər artıq neçə tankın Kiyevə gətirilməsi barədə açıqla verməyiblər. "The New York Times" qeyd edir ki, Ukrayna əks-hücum üçün Qərbdən ən azı 300 tankı tələb edib, lakin indiyədək təxminən göstərilən rəqəmin yarısı səviyyəsində texnika ala bilib.

Sentyabrın 21-də Zelenski ilə danışıqlar zamanı ABŞ prezidenti Co Bayden Ukraynaya "Abrams" tankları tədarük etmək planlarını açıqlayıb. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov "War Zone" portalına müsahibəsində etiraf edib ki, bu tanklar yalnız dar diapazonda yaxşı hazırlanmış əməliyyatları yerinə yetirmək üçün istifadə edilə bilər. O qeyd edib ki, adi döyüşdə onlar uzun maddət davam gətirməyəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »