Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bir sözü ilə müharibəni dayandıran, milyonlarını kasıblara paylayan futbolçu – FOTOLAR
Droqba-1024x683
Didye İv Droqba Tebili 11 mart 1978-ci ildə Fil Dişi Sahili Respublikasınının Abidjan şəhərindən 20 kilometr məsafədə yerləşən kasıb kənddə dünyaya gəlib. O, yoxsul ailədə və çətinlik içərisində yaşayıb.

Droqba 5 yaşında peşəkar futbolçu olan dayısı Mişel Qobanının yanına – Fransaya köçür. Lakin 3 il sonra Didye ailəsi üçün darıxdığına görə yenidən Abidjana geri dönür. Droqbanın doğma ölkəsində qalması uzun çəkmir. 1991-ci ildə ölkəsindəki iqtisadi böhran səbəbindən yenidən Fransaya qayıtmaq məcburiyyətində qalır.

15 yaşında futbolçu karyerasına başlayan Didye cavanlardan ibarət komandanın heyətində çıxış etməyə başlayır. O, əvvəlcə sağ cinah müdafiəçi mövqeyində oynasa da, daha sonra əmisinin məsləhəti ilə mərkəz hücumçusu kimi özünü sınayıb.

Didye Droqba futbolçu karyerasında Fransanın “Olimpik Marsel”, İngiltərənin “Çelsi”, Türkiyənin “Qalatasaray” kimi böyük klubların formasını geyinib.

Didye qazandığı pullarla tez-tez ölkəsindəki və bütün Afrikadakı xeyirxah təşkilatlara yardım etməsi ilə fərqlənib. Bununla əlaqədar İngiltərənin məşhur “The Daily Telegraph” qəzeti dərc edilən məqalələrin birində futbolçuya yer ayırıb. Qeyd edilib ki, Droqba ölkəsi üçün Fil Dişi Sahili dövlət başçısından belə çox işlər görüb.

2007-ci ilin yanvar ayında, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı futbolçunun etdiyi yardımlardan dolayı Didye Droqbaya mükafat verib.

Məşhur futbolçu qələmə aldığı tərcümeyi-hal kitabının və “Didye Droqbanın Fövqəladə Taleyi” adlı DVD satışından əldə olunan bütün gəlirləri “The Didier Drogba Foundation” yardım təşkilatına bağışlayıb.

2009-ci ildə reklam müqaviləsindən qazandığı 3 milyon avroya doğulduğu Abidjanda xəstəxana tikdirib.

Droqba milli komandanın heyətində Tunislə qarşılaşmasından sonra mətbuata verdiyi açıqlamada ölkədəki vətəndaş müharibəsinin qurtarması üçün hər kəsə – müsəlmanlara və xristianlara müraciət edib. Bu çağırış silahların susmasında böyük rol oynayıb. Droqba ölkəsində olan müsəlman və xristian icmaları ilə görüşərək daxili savaşın bitməsi üçün böyük işlər görüb. İndi futbolçu ölkəsində “Sülhün elçisi” kimi də tanınır.

Həyat yoldaşı Lalla ilə nikahdan İsak, İman və Kiran adında 3 uşağı olan Droqba, vətəndaş müharibəsi zamanı kimsəsiz qalan bir azyaşlını övladlığa götürüb. O, hələ də hər il xeyriyə məqsədi ilə minlərlə avro pul xərcləyir.(minval.info)

Paylaş »
››› Nərminin qətlində təqsirləndirilən İlkin: “Mən eləməmişəm, döyürdülər, “tok”a verirdilər”
››› Nərminin əmisi İlkin Süleymanovun atasına cavab verib
››› Arvadının rəfiqəsi ilə paylaşdığı sirri öyrənən ər dərhal boşandı
››› Fevral hansı bürclər üçün düşərli olacaq...
››› Kişilərin çox gözəl saydığı 15 qız - Fotolar

Deputatlığa namizədlərin nəzərinə!

Milli Məclisə seçkilərdə təbliğat-təşviqat kampaniyası artıq başlayıb. Bizim Yol olaraq bildirmək istəyirik ki, biz namizədlərlə yalnız rəsmi müqavilə əsasında əməkdaşlıq edə, onların təbliğat-təşviqat kampaniyasında iştirak edərək dəstək verə bilərik. Bütün layiqli namizədlərə uğurlar arzulayırıq!

Son xəbərlər
Bütün xəbərlər »