Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixi səyahət tamamlandı: 4,5 milyard illik nümunələr Yerə çatdı!
Tarixi səyahət tamamlandı: 4,5 milyard illik nümunələr Yerə çatdı!

NASA-nın kosmosdan gətirdiyi ilk asteroid nümunələri "Osiris-Rex" vasitəsi ilə Utah səhrasına paraşütlə atılıb.

Bizimyol.info xəbər verir ki, "Osiris-Rex"in Yerdən 100.000 kilometr uzaqlıqdan atdığı kapsul dörd saatdan sonra ucqar bir hərbi obyektə çatdı.

Kapsulun daşıdığı 4,5 milyard illik nümunələr enişdən sonra iki saat ərzində Müdafiə Nazirliyinin Yuta Sınaq və Təlim Poliqonunda müvəqqəti kameraya yerləşdirilib. Kapsulda "Bennu" kimi tanınan karbonla zəngin asteroiddən götürülmüş ən azı 250 qram dağıntı olduğu bildirilir. NASA Administratoru Bill Nelson deyib ki, nümunələr elm adamlarına Yerin və həyatın necə əmələ gəldiyini daha yaxşı anlamağa kömək edəcək, həmçinin 4,5 milyard il əvvələ "qeyri-adi görünüş" təqdim edəcək.

Nümunə qutusu NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzinə aparılacaq və burada yeni, xüsusi hazırlanmış laboratoriyada açılacaq. Nümunələri Texasa müşayiət edəcək Arizona Universitetinin alimi Dante Lauretta: "Araşdırmaq üçün səbirsizlənirik. Mənim üçün əsl elm yeni başlayır", - deyib.

Lori Qleyz, NASA-nın planetar elmlər bölməsinin administratoru: "Bunlar gələcək illər üçün elmi təhlillər xəzinəsi olacaq", - deyib.

Kosmosdan nümunələr gətirən digər ölkə Yaponiya iki asteroid missiyası zamanı təxminən bir çay qaşığı böyüklüyündə material götürə bilib. "Osiris-Rex" kapsul 2016-cı ildə 1 milyard dollarlıq bir missiya üçün raketlə yola düşüb. İki il sonra "Bennu"ya çatıb və 2020-ci ildə uzun çubuq vakuumundan istifadə edərək kiçik kosmik qayadan nümunə götürüb.

Kosmik gəmi ümumilikdə 6,2 milyard kilometr yol qət edib.

"Osiris-Rex" ekipajının üzvü kapsul yerə enən zaman İngiltərədə konsert turu üçün məşq edirdi. Queen qrupunun aparıcı gitaraçısı, eyni zamanda astrofizik olan Brian May, mesajında: "Bu qiymətli nümunə xilas edildikdən sonra ürəyim sizinlədir. Nümunələrin Yerə enməsi gününüz mübarək", - deyib. Missiyada iştirak etməyən britaniyalı astronom Daniel Braun, NASA-nın yarım əsrdən çox əvvəl Apollonun Aya enişindən bəri missiyadan "böyük şeylər" gözlədiyini söyləyib. Nottingham Trent Universitetindən Braun deyib ki, bu asteroid nümunələri ilə biz ilkin kimyəvi tərkibi, suyun əmələ gəlməsini və həyatın asılı olduğu molekulları anlamağa yaxınlaşırıq.

NASA-dan Nicole Lunning, ilkin olaraq qəti ölçü barədə fikir bildirmək üçün bir neçə həftə çəkəcəyini söylədi. Yerdən 81 milyon kilometr uzaqlıqda Günəş ətrafında fırlanan "Bennu"nun eni 500 metrdir.

İki illik axtarış zamanı "Osiris-Rex" "Bennu"nu daş və kraterlərlə dolu dağıntı yığını tapıb.

Qadir, Bizimyol.info

NASA'nın Bennu asteroidinden aldığı örnekleri taşıyan uzay kapsülü Dünya'ya döndü: Bennu Dünya'ya ne zaman çarpacak? - 4

Son xəbərlər
Bütün xəbərlər »