Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan xalqının elmə marağı yüksəkdir və dünyada intellektual xalqlardan biri kimi tanınır"
"Azərbaycan xalqının elmə marağı yüksəkdir və dünyada intellektual xalqlardan biri kimi tanınır"

Bu günün təhsili sabahın təhsili olacaqmı? Pedaqoqlar cari təcrübə və siyasətlər üzərində düşünməli və getdikcə mürəkkəbləşən dünyada yeni çağırışların həlli üçün təhsili dəyişdirməyin yollarını müəyyən etməlidirlər. Biz innovasiyaları təkmilləşdirmə prosesimizin davamlı hissəsinə çevirdikdə, keyfiyyətli tədris və öyrənmə dizayn və təqdim etmək üçün dinamik yolları dəstəkləyən dəyişikliklərin baş verməsinə icazə veririk. Beynəlxalq təhsil proqramları və siyasətlərinin yaradılması və həyata keçirilməsi mərhələlərində məsləhətləşmələr aparılmalı, Azərbaycan təhsil sisteminə elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları inteqrasiya edilməlidir. Əks halda “bu günün təhsili sabahın təhsili olacaqmı?” sualına hələ illərlə cavab axtarılmalı olacaq…

Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir ölkənin inkişafı bütövlükdə şərtləndirən vacib faktor elm, təhsil və təbii ki, mədəniyyətin inkişafı ilə bağlıdır. Bu baxımdan elmi-kütləvi, mədəni-maarif və təhsil proqramları adından da göründüyü kimi, daha çox böyük kütləni əhatə etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Alimin sözlərinə görə, bu istiqamətdə böyük işlər görülür.

İlqar Orucov İlqar Orucov

“Eyni zamanda bu işlər kifayət qədər məqsədlidir. Hədəf bəllidir. Bu baxımdan qeyd olunan sahələrin inkişafı, digər tərəfdən bu sahələrin daha geniş populyarlığının təbliğ olunması, təşviqi baxımından bu qeyd olunan proqramların təbii ki, hazırlanması başadüşüləndir. Bu istiqamətlərdə mütləq şəkildə ardıcıl olaraq, işlər görülməlidir. Burada elmin, təhsilin populyarlaşması istiqamətində ardıcıl işlər görülməlidir”-deyə İlqar Orucov bildirib.

Təhsil ekspertinin fikrincə, Azərbaycan xalqının elmə, təhsilə münasibəti hər zaman yüksək olub. Bu həm də xalqımızın, bütövlükdə daxili identifikliyindən irəli gələn haldır. Çünki Azərbaycan xalqı dünyada intellektual xalqlardan biri kimi tanınır. İlqar Orucov deyir ki, bu yenilikləri, elmi, təhsil yeniliklərini əsaslı şəkildə cəmiyyətə aşılamaq, bütövlükdə cəmiyyətin ümumi bilik səviyyəsinin yüksəlməsinə, insanlarımızın daha da savadlanmasına, daha yeni biliklər əldə etməsinə hədəflənir. Bu istiqmaətdə də, müəyyən işlər görülür.

Təhsil ekspertinin fikrincə, bu işləri daha genişləndirmək lazımdır. Təsadüfi deyil ki, məhz ziyalılarımız bu istiqamətdə görülən işləri yüksək qiymətləndirirlər. Eyni zamanda bu kimi işlərin genişlənməsinin vacibliyini hər zaman vurğulayırlar.

“Həm cəmiyyətin dünya görüşünün artması, eyni zamanda savadlanması baxımından bu cür kütləvi proqramların daha da kütləvləşməsi cəmiyyətin inkişafına bir başa təsir göstərir. Bu istiqmaətdə görülə işlər dərinləşdirilməlidir. Elmi-kütləvi, təhsil proqramlarının daha çox təbliğ edilməsi zərurərt kimi görünür. Bu proqramların təbliğini cəmiyyətin ümumi dünya görüşünün artması və eyni zamanda elmə, biliyə, təhsilə, mədəniyyətə önəm verilməsi baxımından, cəmiyyətin inkişafı üçün olduqca mühüm hesab edirəm.

Dünyada gedən texnoloji yeniliklər, sürətli inkişaf, elm, bütövlükdə bunlarla ayaqlaşmaq üçün cəmiyyətin bu istiqamətdə maariflənməsinə ehtiyac var. Bu həm də yetişməkdə olan nəslin maariflənməsi, onların gələcəkdə elmə, təhsilə gəlməsi baxımından, yəni təhsilin və elimin təşviqi baxımından olduqca əhəmiyyətlidir. Səmimi danışaq, baxmayaraq gənclər çalışırlar, oxuyurlar, amma bütövlükdə cəmiyyətin ümumi intelektual səviyyəsində biz o artımı və bütövlükdə ümumi o səviyyənin yüksəlməsini çox da müşahidə edə bilmirik. Bu istiqamətdə olan boşluqlar birbaşa cəmiyyətin inkişafına mane olur. Bu boşluqları yaratmaq lazım deyil. O boşluqları mütləq şəkildə doldurmaq lazımdır”-deyən eskpert əlavə edib ki, peşəkarların bu istiqamətdə işə cəlb olunmasına ciddi ehtiayac var. İlqar Orucovun fikrincə, burada həm də mətbuatın çox böyük rolu var.

“Dünyada informasiyanın daha sürətli olması və informasiyaya əlçatanlığının kifayət qədər geniş olması, bütövlükdə internetin ortaya qoyduğu reallıqlar fonunda mütləq şəkildə bu istiqamətdə davamlı işlər görülməlidir. Bu sahədə bütün işlərin daha sistemli şəkildə aparılması, buna daha böyük diqqətin artırılması, cəmiyyətimiz, dövlətimiz naminə və insanlarımızın savadlanması naminə olacaq”-deyə alim firkini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması.

Son xəbərlər
Bütün xəbərlər »