Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər mərmər zavodunda silah-sursat gizlədiblər - Video
Ermənilər mərmər zavodunda silah-sursat gizlədiblər  - Video

Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində növbəti mülki obyektdə silah-sursat aşkar edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.

Son xəbərlər
Bütün xəbərlər »