Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan, erməniləri Xankəndidən çıxarıb Zəngəzurun kəndlərinə yerləşdirməyi hədəfləyib"
"Paşinyan, erməniləri Xankəndidən çıxarıb Zəngəzurun kəndlərinə yerləşdirməyi hədəfləyib"

“Sərhəd keçid məntəqəsi vasitəsilə Azərbaycanı tərk edən erməni əhali ilə Ermənistan ordusu əsgərlərini fərqli statistika ilə təqdim etmək lazımdır. Paşinyan hökuməti döyüşçülərini Qarabağı tərk edən erməni əhalisi kimi təqdim etməklə onların sayını süni şəkildə artırmağa çalışacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına “Vəhdət” Partiyasının sədr müavini Vasif Əfəndi danışıb. Onun sözlərinə görə, hər gün ölkəni tərk edənlər barədə dəqiq statistik məlumat dərc edilməlidir ki, gələcəkdə könüllü gedənlərə “qaçqın” statusu verərək onların sayını şişirdilmiş rəqəmlərlə göstərməsinlər.

Vasif Əfəndiyev Vasif Əfəndi

Politoloq bildirib ki, Qarabağda fəaliyyət göstərən Ermənistan ordusunun əsgərləri və Rusiya vətəndaşlarının sayı on mindən çoxdur. Bunu xüsusi nəzərə almaq lazımdır. Vasif Əfəndi hesab edir ki, bu barədə dövlətimizin müvafiq qurumları brifinq keçirərək, ölkəmizdəki beynəlxalq qurumların nümayəndəliklərini və səfirləri məlumatlandırmalıdır.

“Bizdə olan məlumatlara görə Qarabağdan Ermənistan köçürülən ermənilərin köçü, əsasən Paşinyan hakimiyyətinin israrı ilə həyata keçirilir. Azərbaycan bütün beynəlxalq platformalarda Qarabağın erməni əhalisinin haqqlarını qorumağa söz versə də, görünən odur ki, bu, Paşinyan hakimiyyətinin planına daxil deyil. O, var gücü ilə çalışır ki, ermənilər Qarabağdan çıxsınlar. Bununla Paşinyan ermənilər üçün “qaçqın” statusu almaq niyyətindədir”-deyən Vasif Əfəndi bildirib ki, eyni zamanda Paşinyan hər il Xankəndiyə göndərdiyi bir milyard dollara qənaət etməklə “qaçqın” erməniləri boş qalmış Zəngəzurun kəndlərinə köçürməyi hədəfləyib.

Politoloqun fikrincə, bu gedişlə Paşinyan Zəngəzurda əhali sıxlığı yaratmağa çalışacaq.

“80-ci illərin sonunda Zəngəzuru tərk etmiş Türk əhalinin evləri hələ də sahibsizdir. Qarabağdan köçən ermənilərdə bir damla ağıl varsa, Fransaya mühacirət edərlər. Zəngəzurun sahibləri bir gün evlərinə dönəndə yenə də çöllərdə qalacaqlar”-deyə politoloq vurğulayıb.

Xatırladaq ki, bu gün saat 06.00-ya olan məlumata görə, Qarabağın 2906 sakini Ermənistana daxil olub. Erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılıb, onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edirlər. Qeyd edək ki, Paşinyan hakimiyyəti beynəlxalq platformalarda Qarabağda 120 mindən çox erməninin yaşadığını təkrarlayırdı…

P.S. Etiraf etməliyik ki, bir gün Qarabağın azad olunacağı, ermənilərin oradan çıxacağı bizə yuxu kimi görünürdü. Hər zaman özümüzü müharibə dövrünün insanları hesab edirdik. İki milyonluq ölkənin işğalı altında əzilmişlik hiss edirdik. Bu gün isə, qalib ölkənin vətəndaşıyıq. Və yenə etiraf edək ki, baş verənləri seyr etmək zövq verir…

Yenə də bir sözü də demədən keçməyək “lənət olsun, içimizdəki insan sevgisinə”… Çox hümanistik, çox…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »