Sentyabrın 25-i saat 06:00-a olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana 2906 nəfər daxil olub.
Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Onlardan 2100-ü üzrə qeydiyyat başa çatıb, daha 794-ü üçün ehtiyacların qiymətləndirilməsi davam edir.
Göstərilən 2100 nəfərdən təxminən 1000 nəfəri adlarını çəkdikləri yaşayış yerlərinə (əsasən qohumlarının yanına) gedib, qalan 1100 nəfər isə dövlət tərəfindən yaşayış yeri ilə təmin olunub (yerləşdirmə prosesi hələ başa çatmayıb).
Qeyd olunur ki, məcburi köçkünlərin axını gecə boyu davam edib. Onların qeydiyyata alınması və qalmaları üçün şərait yaradılması istiqamətində işlər davam etdirilir.
Mətbuatın verdiyi məlumata görə, bu gün - sentyabrın 25-də səhər saatlarından etibarən erməni müxalifət fəalları İrəvanın mərkəzində küçələri bağlayıblar, polis həbslərə başlayıb. İrəvanda mitinqlər davam edir.
Qadir, Bizimyol.info
Söz ardı: Onu da qeyd edək ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli sakinlər Erənistana getmək üçün yaşadıqları evləri yandıraraq bölgəni tərk ediblər. Erməni bulogerlər bunu belə əsaslandırırlar ki, "onları geri qaytarmaq mümükün olmasın" deyə bunu edirlər. Əslində ermənilər 44 günlük savaşda məğlub olduqdan sonra da kütləvi şəkildə evlərini yandırmışdılar. Bu barədə onlar özləri sosial şəbəkələrdə videogörüntülər paylaşıblar. Bu da onu deməyə əsas verir ki, ermənilər Qarabağı heç zaman özlərinin vətəni hesab etməyiblər. Bəli, onlar hər zaman buranı işğal edərək Ermənistana birləşdirmək iddiasında olublar. Amma özləri də, hərəkətləri ilə sübut edirlər ki, Qarabağda daimi olacaqlarına çox da inanmayıblar.