Ukrayna taxılını ixrac etmək üçün müvəqqəti dəhlizdən istifadə edən ikinci gəmi Türkiyəyə çatıb.
Bizimyol.info xəbər verir ki, bu barədə sentyabrın 24-də "France24" telekanalı dəniz nəqliyyatının monitorinqi saytlarına istinadən məlumat yayıb.
Palau bayraqlı “Aroyat” yükdaşıyıcısı Misirə 17 min 600 ton Ukrayna buğdası tədarük etməyi planlaşdırır. O, sentyabrın 22-də Ukraynanın Çernomorsk limanını tərk edib.
Yük gəmisinin Boğaziçi boğazından keçdiyi məlum olub. Sonra o, Aralıq dənizinə çatmalıdır.
Qadir, Bizimyol.info