Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) spikeri Yuri İqnat bildirib ki, Ukrayna uzaqmənzilli "ATACMS" raketləri alacaq.
Bizimyol.info xəbər verir ki, o, bu barədə sentyabrın 24-də telemarafonda bildirib.
"Ukraynaya uzaqmənzilli "ATACMS"ın gətiriləcək. Bunun baş verəcəyinə dair daha çox xəbərlər eşidiləcək.Təkcə "ATACMS" deyil, digər silahlar da olacaq. Biz başa düşürük ki, hərbçilərimizin həqiqətən də Alman istehsalçısının “Taurus” raketlərinə ehtiyacımız var. Suallar kəmiyyətlə bağlıdır, çünki bizdə həqiqətən gözlədiyimiz silahlar – qanadlı raketlər var”, – deyə qeyd edib.
Hərbi Hava Qüvvələrinin nümayəndəsi Qərbin raketlərinin Rusiyadan daha yaxşı olduğunu vurğulayıb: “Düşmən orada “analoqu olmayan” hava hücumundan müdafiə sisteminə malik olmasına baxmayaraq, bu raketləri vura bilmir. Bəzi hallarda bir sıra vasitələrlə itiqaməti hədəfdən yayındıra bilər, amma nəticələrdən göründüyü kimi, raketlər istənilə yerə çatır, sadəcə olaraq hava hücumundan müdafiə sistemləri ilə doldurulmuş Krım Qərb istehsalı olan raketlərin öhdəsindən gələ bilmir”, - İqnat qeyd etdi.
Spiker əlavə edib ki, Ukrayna buna görə də “cəbhədəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə” kömək edəcək daha çox Fransa, Almaniya, Britaniya raketləri və Amerika ballistik "ATACMS" gözləyir.
Qadir, Bizimyol.info