Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal iqtisadiyyatın dedollarizasiyası ABŞ-ın dominantlığına son qoyacaq
Qlobal iqtisadiyyatın dedollarizasiyası ABŞ-ın dominantlığına son qoyacaq

BRİKS ölkələri qrupunun (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) səyləri sayəsində dünya iqtisadiyyatının dedollarizasiyası baş verə bilər, bu, ABŞ üçün ağır nəticələrə səbəb olacaq.

“Report” xəbər verir ki, bu qiymətləndirməni Amerikanın “The New York Post” qəzetinin köşə yazarları verib.

Onların fikrincə, ABŞ dollarının əsas əhəmiyyəti ondan ehtiyat valyuta kimi istifadə olunmasıdır. Bu vəziyyət ABŞ-ın qlobal liderliyinin əsasını təşkil edir. Belə ki, dünya iqtisadiyyatının dollarlaşması Vaşinqtona beynəlxalq maliyyə siyasətinin formalaşmasına qeyri-mütənasib dərəcədə böyük təsir bağışlayır, digər dövlətlər isə ABŞ-ın qərarlarına uyğunlaşmaq məcburiyyətində qalırlar.

Vurğulanıb ki, dolların ehtiyat valyuta funksiyasını itirməsi xarici siyasət məsələlərində Vaşinqtona tabe olmaq istəməyən ölkələrə ABŞ sanksiyalarından immunitet qazanmağa imkan verəcək.

Bundan əlavə, dünya iqtisadiyyatının dedollarizasiyası Amerikanın daxili bazarında problemlər yaradacaq.

Nəticədə ABŞ valyutasının alıcılıq qabiliyyəti və beynəlxalq iqtisadi münasibətlər iştirakçılarının onun sabitliyinə inamı aşağı düşə bilər ki, bu da daxili maliyyə bazarında faiz dərəcələrinin artmasına, inflyasiyanın yüksəlməsinə və dövlət büdcəsində böyük kəsirə gətirib çıxara bilər.

Son xəbərlər
Bütün xəbərlər »