Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponyada hazırlanan süni intellekt toyuqların səsini tərcümə edəcək
Yaponyada hazırlanan süni intellekt toyuqların səsini tərcümə edəcək

Süni intellektin inkişaf imkanlarını üzə çıxaran araşdırma dərc olunub. Yaponiyalı tədqiqatçılar "Gallinaceus" qanadlı ailəsinin (toyuq və xoruz) emosional vəziyyətlərini səslərindən anlaya bilən süni intellekt modeli hazırlayıblar.

Bizimyol.info xəbər verir ki, xarici mətbuatda dərc olunan məqalədə bildirilir ki, ətrafımızdakı canlılarla qarşılıqlı əlaqəmiz getdikcə daha çox əhəmiyyət kəsb etdikcə, canlıların duyğularını və davranışlarını təhlil etmək indi mühüm rol oynayır. Bu baxımdan yapon tədqiqatçılar süni intellektin üstünlüklərindən yararlanırlar.

Yapon tədqiqatçılar "Gallinaceus" quşlarının taqqıltı səslərini tərcümə etmək və onların nə demək olduğunu öyrənmək üçün yeni süni intellekt modeli hazırlayıblar. Bu model sayəsində toyuq və xoruzların həyəcanlı, ac və ya qəzəbli olduqları öyrənmək mümkün ola bilər.

Tədqiqatçılar Dərin Emosional Analiz Öyrənmə metodundan istifadə edirlər.

Tokio Universitetinin professoru Adrian David Cheokun rəhbərlik etdiyi müxtəlif tədqiqatçılardan ibarət qrup süni intellektlə dəstəklənən araşdırmaya başlayıb. “Dərin Emosional Analiz Öyrənmə” üsulu ilə tədqiqatçılar toyuq və xoruzların aclıq və həyəcan, qorxu və qəzəb kimi müxtəlif emosional vəziyyətlərini deşifrə edə bilirlər.

Bu tədqiqatın əsas məqsədi Deep Emotional Analysis Learning (DEAL) texnikasından istifadə edərək eşitmə məlumatları vasitəsilə emosional vəziyyətlərin ətraflı tanınmasını təmin etməkdir.

Bu araşdırma üçün tədqiqatçılar sistemi 80 toyuq üzərində sınaqdan keçiriblər. Süni intellekt modelinin daha funksional işləməsi üçün toyuq və xoruzların 100 saatlıq səs yazısından istifadə edilib. Səkkiz heyvan psixoloqu və bir neçə baytar bu araşdırmada tədqiqatçılarla əməkdaşlıq edib.

Tədqiqatçılar bu təcrübə ilə təkcə ev quşları ilə əlaqəmizə deyil, digər canlı növləri ilə əlaqəmizə də işıq salmağı hədəfləyirlər.

Tədqiqatlar nəticəsində məlum olub ki, sistem ev quşlarının emosional vəziyyətlərinin müəyyən edilməsində heyrətamiz dərəcədə yüksək dəqiqliyə nail ola bilir. Hər bir səsin fərqli bir emosional vəziyyətə işarə etməsi onların hazırladıqları modelin səslərdən mənalı səs dalğalarını tutduğunu göstərir.

Səslər yalnız emosional olaraq şərh edilmir, eyni zamanda davranışı şərh etmək, hərəkətlərə məna vermək kimi vəziyyətlərə də yol açır. Tədqiqat hələ də ekspertlər tərəfindən nəzərdən keçirilməyib, lakin belə bir araşdırmanın mövcudluğu canlılarla qarşılıqlı əlaqəmizin gələcəkdə nə qədər yaxşılaşacağını ortaya qoyur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »