Rusiya Federasiyasının dəniz blokadasına əks olaraq, Ukraynaın ilk taxıl daşıyan gəmisi “humanitar dəhliz” ilə hərəkət edərək Türkiyəyə gəlib. ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Ceyms O'Brayen Rusiyanın Qara dəniz vasitəsilə Ukrayna taxıl ixracına təsirinin yaxın həftələrdə azalacağını proqnozlaşdırır.
Bizimyol.info xəbər verir ki, “Reuters” agntliyinin məlumatına görə, Dövlət Departamentinin Sanksiyaların Koordinasiyası İdarəsinin rəhbəri bildirib ki, yaxın bir neçə həftə ərzində Rusiyanı taxıl sazişindən çıxmaqdan fayda görəcəyinə inanmağa vadar edən amillər əsaslı şəkildə dəyişəcək.
"Onların hesablamalarına bir neçə amil təsir edəcək. Birincisi, onların təsiri azalacaq. İndi artıq bir neçə gəmi Ukraynanı tərk edib, bəziləri isə ərazi sularında qalıb", - deyə O'Brayen bildirib.
"Bundan əlavə, qiymət və artan xərclər Rusiya Federasiyasını sövdələşmədən çıxmaqla bağlı mövqeyinə yenidən baxmağa məcbur edə bilər", - deyə rəsmi şəxs qeyd edib.
Rusiya 2022-ci ildə BMT və Türkiyənin vasitəçiliyi ilə Ukrayna ərzaq məhsullarının Qara dəniz vasitəsilə ixracına dair taxıl sazişindən çıxıb. Bundan sonra Rusiya Federasiyası Ukrayna limanlarına və taxıl anbarlarına dəfələrlə hücumlar həyata keçirib. Xüsusilə, Taxıl müqaviləsi ləğv edildikdən sonra Ukrayna taxılının həyati əhəmiyyətli ixrac dəhlizinə çevrilən Dunay çayı üzərindən Ukrayna limanlarına hücum edilib.
Avqust ayında Ukrayna Hərbi Dəniz Qüvvələri Böyük Odessa limanları istiqamətində mülki gəmilər üçün müvəqqəti marşrutun açıldığını elan edib. Sentyabrda ilk iki mülki gəmi taxıl yükləmək üçün müvəqqəti dəhliz boyunca akvatoriyaya daxil olub. Sentyabrın 21-də Ukrayna taxıllı ilk gəmi “humanitar dəhliz”lə hərəkət edərək Türkiyəyə çatıb.
Qadir, Bizimyol.info