Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyaya turistlər üçün viza xeyli bahalaşacaq: Yeni qiymətlər
Britaniyaya turistlər üçün viza xeyli bahalaşacaq: Yeni qiymətlər

Böyük Britaniyaya səyahət etməyi planlaşdıran turistlər daha çox pul ödəyəcəklər.

Bizimyol.info xəbər verir ki, ölkə hakimiyyəti vizaların qiymətini artırmaq niyyətindədir. Müvafiq məlumat Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Yeni tariflər oktyabrın 4-dən qüvvəyə minəcək. Beləliklə, ziyarətçi vizasının qiyməti ayda 15 funt sterlinq, tələbə vizası üçün müraciət haqqı isə 127 funt sterlinq artacaq. Belə ki, ölkədə altı aya qədər qalmaq imkanı verən ziyarətçi vizası £115, tələbə vizası isə 490 funt-sterlinqə başa gələcək.

"Rüsum gəlirləri Daxili İşlər Nazirliyinin davamlı immiqrasiya və vətəndaşlıq sistemini idarə etmək qabiliyyətin təsir göstərməsində mühüm rol oynayır", - deyə mesajda deyilir.

Dəyişikliklər bir sıra digər miqrasiya sənədlərinə, o cümlədən tibbi vizaya təsir edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »