Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xankəndisiz Qarabağın bütövlüyü əldə oluna bilməz"
"Xankəndisiz Qarabağın bütövlüyü əldə oluna bilməz"

“Xankəndi olmadan Qarabağın ərazi bütövlüyü və təhlükəsizliyi təmin edilə bilməz”.

Bizimyol.info xəbər verir ki, bunu Altınbaş Universitetinin rektoru və Beynəlxalq Əlaqələr Mütəxəssisi Prof. Dr. Çağrı Erhan deyib. Universitetdən verilən açıqlamada fikirlərinə yer verilən Prof. Dr. Çağrı Erhan Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi və atəşkəslə nəticələnən antiterror əməliyyatı ilə bağlı vəziyyəti şərh edib.

Prof. Dr. Çağrı Erhan Prof. Dr. Çağrı Erhan

Prof. Dr. Erhan: "Şəhərin adına baxanda belə onun mahiyyətcə türk torpağı olduğunu görürük. Vaxtilə oradakı siyasi quruluşun paytaxtı olmuş Xankəndi olmadan Qarabağın ərazi bütövlüyü və təhlükəsizliyi təmin edilmiş hesab edilə bilməz. Əsas məqsəd Xankəndidə nəzarəti saxlamaq olmalıdır”, - deyib.

İkinci Qarabağ müharibəsinin Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında imzalanan atəşkəs razılaşması ilə başa çatdığını xatırladan Erhan bunun texniki baxımdan yekun sülh razılaşması olmadığını bildirib.

“Bu, mahiyyətcə Ermənistanın bundan sonra Azərbaycanın ərazi bütövlüyünü tanımaq və Azərbaycan vətəndaşlarını hədəf alan hər hansı hərəkatı dəstəkləməmək öhdəliyini özündə əks etdirən atəşkəs razılaşması idi”, - deyə professor bildirib.

Prof. Dr. Çağrı Erhan separatçı erməni terror qrupları silahlanmaqda davam etdiyini, bəzi rayonlarda, xüsusən də Qarabağın Azərbaycan ərazisi daxilində ən mühüm şəhəri olan Xankəndidə mövqe tutaraq, Azərbaycanın mülki vətəndaşlarına və təhlükəsizlik qüvvələrinə qarşı birbaşa mina hücumları etməyə başladığını qeyd dedi: “Görünür, Azərbaycan bunlara son qoymaq üçün bu addımı atmağa qərar verib. Əslində bu əməliyyatı müharibə adlandırmaq olmaz. Azərbaycan üçün daxili təhlükəsizlik və antiterror əməliyyatıdır. Antiterror əməliyyatı beynəlxalq hüquq baxımından çox əhəmiyyətli bir anlayışdır. Bu, artıq iki ölkənin ərazisi uğrunda müharibə deyil. Bu gün Azərbaycan Qarabağı öz ərazisi kimi müəyyənləşdirir. Bakı deyir ki, konstitusiya baxımından onun tərkib hissəsi olan bu bölgədə onların idarəçiliyinə qarşı konstitusiya quruluşunu dəyişməyə yönəlmiş silahlı hərəkat var. Terrorçulara qarşı başladılan bu əməliyyatın separatçı hərəkat aradan qaldırılana qədər davam edəcəyi aydındır", - deyə professor qeyd edib.

Prof. Dr. Çağrı Erhan Ermənistanın baş naziri Nikol Paşinyanın İkinci Qarabağ müharibəsindən sonra ciddi tənqidlərə məruz qaldığını bildirərək: “Ancaq sonra keçirilən seçkilərdə qalib gəldi. Paşinyanın vəzifədən uzaqlaşmasını və Qarabağı geri almasını istəyən partiyalar və qruplar var. Paşinyanın onlara müqavimət göstərmək gücü olub-olmadığını görəcəyik”, - ekspert deyib.

Ermənistanın 20 illik fəaliyyətini qiymətləndirən və eyni dövrdə Azərbaycan və Gürcüstanın əldə etdiyi irəliləyişlərə diqqət çəkən Prof. Dr. Çağrı Erhan Ermənistanın əhalisinin durmadan azalan, xarici yardımdan asılı olan, gənc əhalisinin ölkədə qalmaq istəmədiyi bir ölkəyə çevrildiyini bildirib.

Yaxın günlərdə Rusiyanın mövqeyinin çox önəmli olacağını vurğulayan Prof. Dr. Çağrı Erhan, Paşinyan Qərbə çox yaxın olduğunu düşünərək onu devirmək üçün ölkə daxilindəki separatçı qruplara dəstək verərsə, Rusiyanın ciddi problemlə üzləşə biləcəyinə diqqət çəkib.

Qadir Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »