Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orta məktəbdə külli miqdarda dövlət əmlakının ələ keçirilməsi faktı aşkarlanıb
Orta məktəbdə külli miqdarda dövlət əmlakının ələ keçirilməsi faktı aşkarlanıb

Cəlilabadın təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Republikanın Baş Prokurorluğu məlumat verib.

Bildirilir ki, Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Son xəbərlər
Bütün xəbərlər »