Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda etiraz aksiyaları keçirilir, polis Köçəryanın oğlunu həbs edib - Video
İrəvanda etiraz aksiyaları keçirilir, polis Köçəryanın oğlunu həbs edib - Video

Ermənistan polisi İrəvanda onlarla etirazçını, o cümlədən ikinci prezident Robert Köçəryanın oğlu Levon Köçəryanı sərt şəkildə həbs edir.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, etirazçılar İrəvanda Əmiryan küçəsində aksiya keçiriblər.

Polis fəallara güc tətbiq edib. Hüquq-mühafizə qüvvələri etirazçıları asfalt boyunca sürüyərək həbs etməyə başlayıb. Bir neçə polis əməkdaşının kiçik Köçəryanı boğaraq polis maşınına sürükləməyə çalışması, hüquq-mühafizə orqanlarının əməkdaşlarının etirazçılara təpiklə vurması yayılan görüntülər arasında yer alıb.

"Paytaxt Yerevanda səhər saatlarından etiraz aksiyaları keçirilir. Saat 10:30-a olan məlumata görə, müxalifət hərəkatının milli komitəsinin üzvü Andranik Tevanyan da daxil olmaqla 26 fəal saxlanılıb. Xatırladaq ki, sentyabrın 20-dən Ermənistan hökumət binası qarşısında etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları Ermənistan hakimiyyətindən konkret addımlar atmağı, ilk növbədə Qarabağın müstəqilliyini tanımağı, baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər", - deyə ermənistan mətbuatı yazır.

Məlumata görə həbslər Əmiryan küçəsi ilə Maştots prospektinin kəsişməsində baş verib. Təhlükəsizlik qüvvələri mərkəzi küçələri bağlamaq üçün Respublika meydanından gedən etirazçıları saxlayıb. Etirazçılardan bəziləri paytaxt küçələri ilə daha da irəliləməyə çəhd edib.

Bildirilir ki, əraziyə əlavə qüvvələr cəlb edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »