Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Döyüş meydanı ilə yanaşı, diplomatik masada, informasiya sahəsində də gərgin mübarizə gedir"
"Döyüş meydanı ilə yanaşı, diplomatik masada, informasiya sahəsində də gərgin mübarizə gedir"

"Son aylar Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror aktları, mina təxribatları nəticəsində polis işçilərimiz, çox sayda mülki vətəndaşlarımız həlak oldu və yaxud xəsarət aldılar. Ermənistan sülh danışıqlarından yayınır, yeni silahlar alırdılar. Qarabağda məskunlaşmış separatçılar da səngərlər qazır, mühəndis-istehkam qurğuları inşa edir, vaxtaşırı siyasi bəyanatlar səsləndirirdilər. Açıq açığına konfrantasiya yolunu tutmuşdular. Hiss olunurdu ki, həm Ermənistan, həm də separatçılar ciddi şəkildə müharibəyə hazırlaşırlar".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev açıqlamasında bildirib. O, vurğulayıb ki, belə bir vəziyyətdə lokal anti-terror tədbirlərinin keçirilməsi qaçılmaz idi və Ali Baş Komandan lazım olan anda “İrəli” əmrini verdi. Və cəmi 24 saat ərzində Silahlı Qüvvələrimiz yüksək peşəkarlıqla erməni ordusunun bütün blok-postlarını, döyüş texnikasını, rabitə sistemini darmadağın etdi. Separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Demək olar ki, 44 günlük müharibədən sonra ikinci ən böyük qələbə məhz, 19 sentyabrda qazanıldı. Deputatın fikrincə, lokal anti-terror tədbirlərinin belə bir qısa zaman kəsiyində uğurla başa çatması, yüksək səviyyədə planlaşdırmanı və dəqiqliklə həyata keçirilməsini göstərir.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

Nəsib Məhəməliyev qeyd edib ki, ötən gün keçirilən lokal anti-terror tədbiri Azərbaycan əsgərinin dünya hərb tarixinə yazdığı şərəfli səhifələrdən biridir. Təbii ki, müharibələr qələbə təkcə hərb meydanlarında qazanılmır. Döyüş meydanı ilə yanaşı, diplomatik masada, informasiya sahəsində də paralel olaraq gərgin mübarizə gedir.

“Planlaşdırmadan tutmuş son nəticəyə qədər, bütün təzyiqlərə rəğmən, yüksək siyasi iradə nümayiş etdirən cənab Prezidentin xidmətlərini xüsusi vurğulamaq yerinə düşər. Heç kəsə sirr deyil ki, böyük güclərin, ermənilərə vəkillik edən lobbi təşkilatlarının təzyiqlərinin, hücumlarının əsas obyekti dövlət başçımızdır. Ancaq, xalqın öz lideri ətrafında sıx birləşməsi, milli birliyimiz neqativ təsirlərin neytrallaşmasında əhəmiyyətli yer tutur. Prezident İlham Əliyev, “nəyin nə zaman, və necə etmək lazım olduğunu mən bilirəm” deyir və icra edir. Zaman keçdikcə, biz deyilənlərin necə dəqiqliklə icra edildiyinin şahidi oluruq. Mənə görə, əsl liderlik, elə budur”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »