Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasının (AK) prezidenti Ursula von der Leyenin Rusiya ilə bağlı həqiqətə uyğun olmayan bəyanatlarını iyrənc və təhlükəli adlandırıb.
Bizimyol.info xəbər verir ki, Mariya Zaxarova bu barədə "Telegram" kanalında yazıb.
Diplomat bu il laureatlarından biri Yaponiyanın baş naziri Fumio Kişida olduğu NATO yanında Amerika beyin mərkəzi olan Atlantik Şurasının mükafatlarının təqdimatı zamanı AK sədrinin çıxışını xatırladıb. “Ursula von der Leyen olduqca diqqətəlayiq bir çıxış etdi. Onun çıxışını dinləyəndən sonra, mən belə Yaponiya hökumətinin başçısını Kiyev rejimini dəstəklədiyinə və Rusiyaya qarşı döyüşdüyünə görə aqışlamaq istədim”, - deyə XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Mariya Zaxarovanın sözlərinə görə, AK rəhbəri Kişidanın 1945-ci ildə nüvə bombası zamanı qohumlarının həlak olduğu Xirosimadan olduğunu xatırlayıb.
Eyni zamanda, diplomatın qeyd etdiyi kimi, AB tarixində ən böyük korrupsiya qalmaqallarında iştirak edən şəxs ABŞ və Yaponiya şəhərlərinə, eləcə də mülki əhaliyə bombalar atan Vaşinqton cəlladları haqqında bir kəlmə də danışmadı. Mariya Zaxarova qeyd edib ki, Ursula von der Leyen daha da irəli gedib - o, Xirosima faciəsində Rusiyanı günahlandırıb. "Xüsusilə, AK sədri Kişidanın Xirosimanın bombalanmasından sonra ölən qohumları haqqında danışaraq, Rusiya yenidən nüvə silahından istifadə etməklə hədələyir deyib.
Ursula von der Leyen dedi ki, iyrəncdir, təhlükəlidir və Xirosima faciəsi bağışlanmazdır. Ursula von der Leyenin yalan danışması iyrənc və təhlükəlidir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Qadir, Bizimyol.info