Almaniyanın şərqində kiçik bir məktəbdə ibtidai sinif müəllimi işinə paralel olaraq "YouTube"da sağçı ekstremist “Compact TV” kanalının aparıcısı kimi çıxış edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat verib.
Bu kanal Kremlin təbliğatını və sui-qəsd nəzəriyyələrini yayır, vətəndaşları hökumətə, müsəlmanlara və yəhudilərə qarşı qızışdırır. "Bild" xəbər verir ki, proqramlara moderatorluq edən Elisa V. iş yerində tanınmamaq üçün parik və eynək taxaraq görünüşünü dəyişdirib.
"Tagesspiegel" qəzetindəki məqaləsi sayəsində qız ifşa olunub. Brandenburq Təhsil Nazirliyi onu işdən çıxarıb. Bir il ərzində Eliza V. təkcə həmkarlarını deyil, həm də Almaniya kəşfiyyatını aldada bilib. Hazırda təhlükəsizlik qüvvələri bütün "Compact" televiziya aparıcıları haqqında məlumatları apaşdırır.
Qadir, Bizimyol.info