Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: "Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər"
XİN: "Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər"

Azərbaycan Ermənistanla sülh və sabitliyə sadiqdir, eləcə də qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının aradan qaldırılması istiqamətində gördüyü tədbirlərin Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edəcəyinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin bəyanatına cavabında bildirib.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı bu gün Yevlaxda erməni sakinləri ilə təşkil olunan konstruktiv müzakirələrə açıq-aşkar hörmətsizlik edir:

"Erməni sakinlərin hüquq və təhlükəsizliyinin təmin edilməsində ittihamlara gəlincə, diqqətinizə çatdırırıq ki, bugünkü müzakirənin nəticələrinə əsasən, Azərbaycan beynəlxalq tərəfdaşlarının dəstəyi ilə Ermənistana lazımi köməklik göstərəcək. Bu məsələdə Azərbaycanın atdığı addımlara hər hansı müdaxilə faydasızdır".

Son xəbərlər
Bütün xəbərlər »