Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim şərtlərimiz qəbul ediləcək, əks halda alternativ variantı müzəffər ordumuz 24 saat ərzində göstərdi"
"Bizim şərtlərimiz qəbul ediləcək, əks halda alternativ variantı müzəffər ordumuz 24 saat ərzində göstərdi"

"Ermənistanın Azərbaycana qarşı 30 illik işğal dövrü İkinci Qarabağ müharibəsi ilə demək olar ki, bitdi. Azərbaycan 10 noyabr birgə bəyanatını imzaladı və o bəyannaməyə uyğun olaraq, ermənilərin yaşadığı ərazilərdən erməni silahlı birləşmələri çıxmalı, xunta rejiminə son qoyulmalı idi. Amma ermənilər iki il yarım ərzində yenə də "Ermənistan siyasəti" həyata keçirmək istədi. Silahlı birləşmələrini çıxartmadı, hətta Azərbaycana qarşı revanşist və terror təxribatı siyasəti həyata keçirməyə başladılar. Bu da Azərbaycanın səbrini "sərhəddinə" gətirib son nöqtədə daşırdı. Azərbaycan öz ərazisinə, bu zonaya daha 30 il dözümlü yanaşa bilməzdi və buna son verilməli idi".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Məhəmməd Əsədullazadə danışıb. Politoloq qeyd edib ki, Ermənistan separatçılar vasitəsi ilə Azərbaycana qarşı təzyiq göstərir, təhlükəsizliyinə və suverenliyinə təhdid prosesləri başlayırdı. Azərbaycan da bir nöqtədə buna son qoymalı idi.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Antiterror əməliyatı xunta rejiminə zərbə, separitizmə zərbə, Ermənistanın Azərbaycana qarşı Qarabağla bağlı siyasətinə zərbə idi. Bu regionda sülhə və təhlükəsizliyə xidmət edirdi. Lokal anti-terror tədbirləri uğurla həyata keçirildi. Reinteqrasiya prosesinə başlanılacaq”-deyə politoloq əlavə edib.

Məhəmməd Əsədullazadə vurğulayıb ki, Yevlaxda görüş keçirildi. Azərbaycanın mövqeyi qəbul ediləcək. Çünki Azərbaycanın şərtləri hüquq və təhlükəsizliyə, dövlətin suverenliyinə, konstitusiya qurluşunun bərpasına xidmət edir.

Politoloqun fikrincə, ermənilərin təklif etdiyi variantları Azərbaycan qəbul edə bilməz.

“Onlar ya Azərbaycan konstitutsiya quruluşunu qəbul edəcəklər, ya da Qarabağı tərk edəcəklər. Başqa alternativ variantları da Azərbaycan 24 saat ərzində onlara göstərdi. Azərbaycan artıq regionda yeni möcüzəni yaratdı. Bununla da separitizmə son verildi. Separatçı canilər həbs olunmalı, qanun qarşısında cavab verməlidirlər. Qalanları isə ölkə ərazisini tərk etməlidirlər. Azərbaycan onlar üçün də hümanitar dəhlizdə yaradıb”-deyə Məhəmməd Əsədullazadə vurğulayıb.

Politoloq hesab edir ki, Azərbaycan bundan sonra Ermənistanla danışıqlarda Qarabağ məsələsini gündəliyindən çıxardı.

“Ermənistan həmişə bu məsələni gündəliyə çıxarırdı. Və bu prosesi Azərbaycan qalibiyyətlə yekunlaşdırdı. Düşünürəm ki, növbəti mərhələdə Ermənistanla sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması gündəmdə olacaq”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »