Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yevlaxda keçirilən görüşün mövzusu Helsinki, Lissabon, Moskva görüşlərindən fərqlidir"
"Yevlaxda keçirilən görüşün mövzusu Helsinki, Lissabon, Moskva görüşlərindən fərqlidir"

“Helsinki, Lissabon, Moskva görüşləri-samitləri, düzdür, heç bir nəticə vermədi. Amma o vaxt mövzu başqa idi. O zaman mövzu Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, Azərbaycan rayonlarlarının boşaldılması ilə bağlı idi. Yəni onlar fərqli istiqamətdə görüşlər idi. Bu dəfə isə danışıqların mövzusu Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin, Azərbaycanın erməni əhalisinin Azərbaycana reinteqrasiyası, Azərbaycan qanunlarını qəbul etməsi, konstitusiyasını qəbul etməsi və orada yenidən bələdiyyə seçkilərinin keçirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması, onların hüquqlarının təmin olunması məsələləridir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Onun sözlərinə görə, Yevlax görüşü digər görüşlərdən fərqlənir.

Politoloq Elşad Həsənov Elşad Həsənov

Politoloqun fikrincə, Yevlax görüşü yeni bir reallıqda baş verən görüşdür.

“Yadınızdadırsa, ilk görüş Xocavənd rayonu ərazisində olmuşdu. O görüşdə Rusiya sülhməramlıları iştirak edirdi. Bu günkü görüş isə, birbaşa üçüncü tərəfin olmadığı bir şəraitdə baş verir. Yəni Qarabağ ermənilərinin icmasının nümayəndələri ilə Azərbaycan prezidentinin nümayəndələrinin iştirakı ilə görüş keçirilir”-deyən politoloq vurğulayıb ki, 19 sentyabrda Azərbaycan ordusu bir günlük anti-terror əməliyyatı keçirəndən sonra orada olan xunta rejimi təslim olaraq, Azərbaycanın tələblərini qəbul edib. Ermənistan ordusundan "qopan" silahlı və qeyri-silahlı birləşmələrin çox hissəsi məhv edilib. Qalanı isə, öz postlarını qoyub qaçdılar. Buna görə də xunta rejimi tələsik bəyanat yayaraq, atəşin dayandırılmasını xahiş etdi. Daha sonra Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyə razı olduqlarını bildirdilər.

“Orada olan silahlı birləşmələri silahları qoyur, təhvil verir və Azərbaycan ərazisindən çıxıb gedir. Eyni zamanda icma nümayəndələri Azərbaycana, bizim dediyimiz yerə - Yevlax şəhərinə gəlir və burda biz danışıqlar, müzakirələr aparırıq. Təbii ki, bunların da hamısı Azərbaycan tərəfinin diqtəsi ilə, olacaq. Yəni Ermənistanın erməni icmasının nümayəndələrinin yox, konstitutsiya çərçivəsində, qanunlar çərçivəsində Azərbaycanda yaşayan digər azlıqların istifadə etdiyi hüquq və vəzifələri onların qarşısına qoyacaq. Ermənilərə fövqəladə nəsə veriləsi deyil. Bu, mümkün olan bir şey deyil. Çünki Azərbaycan ərazisində digər xalqlar ruslar, ukraynalılar, ləzgilər, talışlar, tatlar və digər xalqlar yaşayırlar. Onlar hamısı Azərbaycana reinteqrasiya olub və birlikdə sülh içərisində yaşayırlar”-deyə politoloq əlavə edib ki, həmin xalqların nümayəndələri 44 günlük müharibə zamanı qəhrəmanlıqla döyüşərək, torpaqlarımızı düşmən tapdağından azad etdilər.

Elşad Həsənov bildirib ki, bu günkü görüş, Qarabağda olan o xunta rejiminin sonu olduğunu göstərən əyani sübutdur.

“Orada yeni yaradılacaq icmanın gələcəkdə hansı işlər görməsi məsələləri müzakirə olunacaq. Təbii ki, burada müəyyən problemlər olacaq. Bu problemlərin hamısı bu görüşdə həll olmayacaq. Bundan sonra da, yəqin ki, görüşlər keçiriləcək, məsələlər qoyulacaq və onlar da müzakirə olunacaq. Əsas odur ki, bugün bu görüş bizim dediyimiz kimi təslim olandan sonra həyata keçirilir. Onlar dünən təslim oldular, saat 13:00-da atəşin dayandırılması elan olundu. Və aradan neçə saat keçəndən sonra artıq Yevlaxda görüş keçirilib. Bu, bizim çox çevik apardığımız mübarizəmizin nəticəsidir. Əsas da ötən gün başladılan lokal anti-terror tədbirlərinin nəticəsidir ki, biz onları danışığa məcbur etdik”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »