Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlaxdakı görüş Qarabağ erməniləri üçün tarixi şansdır - Canlı
Yevlaxdakı görüş Qarabağ erməniləri üçün tarixi şansdır - Canlı

Qarabağ iqtisadi rayonunun erməni icmasının nümayəndələri artıq Yevlaxdadırlar.

Bizimyol.info xəbər verir ki, dünənki atəşkəs razılaşdırılmasına uyğun olaraq, görüş üçün Yevlaxa gəliblər.

Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

Son xəbərlər
Bütün xəbərlər »