Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni əsilli sakinlərin yaşadığı Canyataq kəndi yaxınlığında atəşə tutulub.
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına ölkənin Müdafiə Nazirliyi məlumat verib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, Rusiya sülhməramlıları xidməti maşınla müşahidə məntəqəsindən qayıdırdarkən onların avtomobili atıcı silahlardan atəşə tutulub və avtomobilin içərisindəki əsgərlər həlak olub. Müdafiə Nazirliyi atışma zamanı maşında neçə nəfərin olduğunu barədə dəqiq məlumat verməyib.
“İstintaq orqanlarının Rusiya və Azərbaycan nümayəndələri hadisənin bütün hallarını aydınlaşdırmaq üçün hadisə baş vermiş yerində birgə işləyirlər”, - Müdafiə Nazirliyi bildirib.
Bundan əvvəl Müdafiə Nazirliyi bəyan etmişdi ki, Qarabağdakı Rusiya sülhməramlıları vəziyyətin gərginləşməsinə baxmayaraq, öz funksiyalarını yerinə yetirməkdə davam edirlər. Departament xatırladıb ki, Rusiya sülhməramlıları mülki insanları təxliyə edir və iki mindən çox insanın münaqişə bölgəsindən çıxarılmasına kömək edib.
Qadir, Bizimyol.info