Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentdən mühüm mesajlar
Prezidentdən mühüm mesajlar

"Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz". Prezident İlham Əliyev belə dedi.

Prezident Ermənistan rəhbərliyinin "gözlənilmədən səriştə" göstərdiyini dedi.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra "Cənubi Qafqazda üçtərəfli formatda əməkdaşlıq mümkün ola bilər" dedi.

Ermənistanın və Qarabağdakı separatçıların havadarlarının həlledici anda onları satdığını dedi. "Bizdən əl çəkin, imkan verin, Cənubi Qafqaz rahat nəfəs alsın" deyə səsləndiyi Avropa ölkəsinə və "dünyanın o başında" oturub Cənubi Qafqazda münaqişə yaratmağa çalışanlara: "Regiondan nə qədər uzaq dursanız, region üçün o qədər yaxşı olar" dedi.

Bir sözlə, dedi ki, biz regiondan uzaqdakı aktorları Cənubi Qafqaza buraxmaq istəmirik.

Burdan nə anlamaq mümkündür: beş Xəzəryanı dövlət bir araya gəlib, Konvensiya imzalayıb, kənar dövlətlərin hərbi gücünü Xəzərə buraxmadığı kimi, Qafqaz dövlətləri də uzaqdan gələn, regiona dəxli olmayan aktorların bu bölgəyə daxil olmasına mane olmalıdır. Hər halda həm daha əvvəl təklif edilmiş "3+3" formatı, həm Türkiyə prezidenti Ərdoğanın irəli sürdüyü dördtərəfli (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə) format təklifi, həm prezident Əliyevin xalqa müraciətində dediyi üçtərəfli əməkdaşlıq ideyası (Azərbaycan, Ermənistan, Gürcüstan) kənar güclərin regiona buraxılmaması məqsədi daşıyır.

Qarabağda antiterror tədbirləri və reinteqrasiya siyasəti də bu strategiyanın tərkib hissəsidir. Azərbaycan yaxşı anlayır, Ermənistanı da anlamağa çağırır ki, "dünyanın o başından" bölgəyə gələnlər sülh və inkişaf deyil, qanlı toqquşmalar və müharibə gətirir.

İlham Əliyev: "Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk" dedi. Buna qarşı duranlara isə "cəhənnəm" vəd etdi: "Dəmir yumruq yerindədir".

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »