Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan vətəndaşlarının kütləvi üz tutduğu Avropa ölkəsində viza qalmaqalı - "Rüşvət" iddiası
Azərbaycan vətəndaşlarının kütləvi üz tutduğu Avropa ölkəsində viza qalmaqalı - "Rüşvət" iddiası

Polşanın Azərbaycandakı səfirliyini əminliklə ölkədə Şengen vizası almaq üçün ən populyar istiqamət adlandırmaq olar. Həqiqətən də, bu Avropa ölkəsinə işləmək üçün getmək istəyən Azərbaycan vətəndaşı çoxdur. Azərbaycanlılar ən çox Polşaya üz tuturlar. Araşdırmalar göstərir ki, Avropa dövləti işçi vizası məsələsində kaprizli davranmır, iş imkanlarına müsbət yanaşır.

Bizimyol.info xəbər verir ki, Polşada məhz viza prosesi ilə bağlı qalmaqal ortaya çıxıb. Azı 20 xarici ölkədə vizaların satılması barədə cinayət işi başlanılıb. Dövlətlərin adları açıqlanmır, amma Şərqdə olduğu bildirilir. İş orasındadır ki, sənədlərdə əcnəbi işçilərin cəlb olunması ilə bağlı rəsmiləşdirmə aparılırmış. Yəni işçi vizası qalmaqal predmetidir. Əslində isə Polşaya rüşvətlə miqrant daşınırmış. Polşanın Xarici İşlər Nazirinin keçmiş müavini Petr Vavjikin adı xüsusi hallanır. Çünki o, konsulluq və viza məsələləri ilə məşğul olurmuş. Qalmaqal böyüyəndən sonra Vavjikin vəziyyəti ağırlaşıb. Onu təcili xəstəxanaya aparmaq lazım gəlib.

Polşa Xarici İşlər Nazirliyində istefalar bir-birini əvəzləyir. Seçki öncəsi bütün mətbuat viza qalmaqalından yazır. Polşa cəmiyyəti qanunsuz miqrant axını ilə bağlı qəzəbli görünür. Prokurorluğun açıqlamasında onminlərlə miqrantın ölkəyə qanunsuz yollarla ayaq açmasından danışılır. Müxtəlif şirkətlər burada vasitəçi rolunu oynayıblar. Şərq ölkələrinin bəzisində viza üçün 5 min dollara qədər ödəyənlər olub.

İndi əsas sual odur ki, 20-dən çox Şərq ölkəsinin adlarının arasında Azərbaycan var, ya yox. Bizimyol.info bir müddət əvvəl Polşaya kütləvi axın barədə yazmışdı. Bundan sonra redaksiyanın elektron ünvanına əcnəbi diplomatlardan biri tövsiyə xarakterli məktub göndərmişdi. Halbuki, Polşaya yazını təsadüfən həsr etməmişdik. Ölkənin adı işçi vizasının asan alınmasıyla bağlı çox hallanır. Həqiqətən də, xeyli azərbaycanlı bu ölkəyə işləmək üçün yollanıb. Qalmaqalın belə tezliklə səngiyəcəyi hiss olunmur. Yəqin ki, polşalı diplomatlardan yenə cəzalandırılanlar olacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »