Azərbaycanın sentyabrın 19-da Ermənistanın terror ocağına çevrdiyi Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə başlandığını elan edib. Bir gün çəkən əməliyyat erməni silahlı dəstələrinin təsim olması ilə nəticələndi.
Bizimyol.info xəbər verir ki, bu gün ermənilərin müraciəti əsasında Rusiya Sülhməramlı Kontingentinin (RSK) xahişi ilə Azərbaycan Ordusu antiterror əməliyyatnı dayandırıb. Qarabağ iqtisadi rayonunun erməni əsilli əhalisinin Azərbaycan qanunları ilə idarə olunan sakin kimi yaşamaları barədə, onların xahişi ilə sabah Yevlax rayonunda müzakirə aparılacaq.
Buna baxmayaraq erməni əsilli əhali Qarabağ iqtisadi rayonunu tərk edərək Ermənistana köçür. Onlar hətta yaşadıqları evləri yandırarq geri dönməmək ümidsizliyi ilə buraya gəliblər.
RSK-dan verilən məlumata görə Qarabağın ən təhlükəli bölgələrindən 2 mindən çox dinc sakini təxliyə edib. Rusiya sülhməramlıları Qarabağın mülki əhalisinə yardım göstərir və onları Rusiya sülhməramlı kontingentinin baza düşərgəsində yerləşdirməyə çalışır. Onların ərazini tərk etməsi Rusiyanın marağında olmadığı üçün RSK evlərini tərk etmiş şəxslərin yaxın günlərdə geri dönə biləcəkləri ilə bağlı vədlər verirlər. Lakin ermənilər burada yaşaya bilməyəcəklərini iddia edərək Ermənistan ərazisinə keçmək istədiklərini bildiriblər.
Ekspertlərin fikirincə Azərbaycan ərazisini tərk etməkdə israrlı olanların əksəriyyəti, buraya işğal illərində və 44 günlük müharibədən sonra şirinikləşdirici vədlər verilərək gətirililənlərdir. Verilmiş yaşamaq üçün vacib olan sosial və təhlükəsizlik təminatı özünü doğrultmadığı üçün onlar doğulub böyüdükləri Ermənistan ərazisinə qayıtmağa üstünlük verirlər. Azərbaycanlıların evlərində xoşbəxtlik axtarmağa gələnlər, indi aldadıldıqlarını anlayaraq acı xatirələrlə geri dönməyə məcbur qalıblar.
Lakin Ermənisnda qaçqın dalğasının xoş qarşılanmayacağı da ekispertlərin diqqətindən yayınmayıb. Onlar qeyd edirlər ki, hələ sülh vaxtında belə, Ermənistan və Qarabağ erməniləri arasında konflit olub.
Qadir, Bizimyol.info
? Rus barış güçlerinin aracılığı ile Ermeniler toplu halde Hocalı'dan ayrılıyor. pic.twitter.com/40erqMtrDf
— Conflict (@ConflictTR) September 20, 2023