İrəvanın mərkəzində etiraz aksiyası davam edir
Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası keçirilir.
APA xəbər verir ki, Respublika meydanında toplaşan azsaylı kütlə Azərbaycanın Qarabağda keçirdiyi lokal antiterror əməliyyatı ilə bağlı Ermənistana hakimiyyətinə etiraz ediblər.
Onlar Nikol Paşinyan hakimiyyətinin istefa verməsini tələb edərək hökumət binasına daxil olmağa cəhd göstəriblər. Bu zaman etirazçılarla polis arasında toqquşma olub.