Prezident Ərdoğan Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasına qatıldığı Amerikanın PBS kanalının qonağı olaraq gündəmlə bağlı sualları cavablandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Bildirilir ki, bəzi ABŞ senatorlarının Türkiyənin Ukrayna müharibəsi kontekstində Rusiyaya qarşı “AB və digər NATO üzvləri” ilə eyni səviyyədə sanksiya tətbiq etməmə qərarı ilə bağlı tənqidlərinə gəlincə, Ərdoğan: "AB üzvlərinin etdiklərini edəcəyikmi? Türkiyənin dünyadakı mövqeyi fərqlidir, AB-yə üzv ölkələr fərqlidir. Rusiya bizim ən yaxın qonşularımızdan biridir və ortaq bir tariximiz var", - deyib.
Türkiyənin də fəal iştirak etdiyi Qara Dəniz Taxıl Təşəbbüsü sayəsində 33 milyon ton taxıl ixrac edildiyini xatırladan prezident Ərdoğan: "Biz bunu sırf AB istədiyi üçün etmədik. Bu, üzərimizə götürdüyümüz humanitar bir öhdəlik idi", - deyə qeyd edib.
Rusiya prezidenti Vladimir Putinin niyə Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırması sualına Ərdoğan: “Biz onlardan (Putin) soruşduq, 1 milyon ton daha göndərəcəklərini dedilər. Mən Qərbə inandığım qədər Rusiyaya da güvənirəm”, -deyə cavab verdi.
Ərdoğan, Putinin taxıl ixracına dərhal başlayacağını və hadisələri izlədiklərini söylədi. “Siz ona (Putinə) bu vədi yerinə yetirəcəyinə inanırsınızmı?", - sualına cavab olaraq prezident Ərdoğan deyib: "Mənim (Putinə) güvənməməyim üçün heç bir səbəb yoxdur. Rusiya ən azı Qərb qədər etibarlıdır. Bizi 50 il qapısında gözlətdirən Aİ-dir. Hazırda mən Qərbə nə qədər güvənirəmsə, Rusiyaya da o qədər güvənirəm”, - deyə bildirib.
Putinin Ukrayna müharibəsində taxıl sazişindən üstünlük kimi istifadə etməsi və onun rəhbərliyinə etibar edilməməsi ilə bağlı suala Ərdoğan: "Razı deyiləm. Təbii ölkəmim aldığı təbii qazın yarısı Rusiyadan gəlir, bu da bizə rahatlıq verir. Biz ortaq olaraq müdafiə sənayesi sahəsində də addımlar atmaq və əməkdaşlıq etməyi bacara bilərik. Biz bunu Rusiya ilə edə bilərik”. -deyə cavab verdi.
Ərdoğan Putinlə Ukrayna müharibəsi ilə bağlı danışıqları haqda suala cavab olaraq bunları deyib: "Çox açıq və aydın desəm, bu müharibənin uzun müddət davam edəcəyi və müharibənin tez bitməyəcəyi bəllidir. Biz çox ümid etmək istəyirik ki, müharibə tezliklə bitsin. Cənab Putin də əslində bu müharibənin tez bir zamanda bitməsinin tərəfdarıdır. Mən bunu sadəcə onun sözlərinə görə deyirəm, cənab Putin: "İstərdim ki, müharibə mümkün qədər tez bitsin", -deyir. Onun işlətdiyi ifadə belədir və mən onun sözlərinə inanıram".
Digər tərəfdən, Ərdoğan 2014-cü ildə Putinlə Krımla bağlı danışıqlar apardığını qeyd edərək: "Mən bu danışıqlarda uğur qazana bilmədim və Krımdan çəkilmələrini təmin edə bilmədim. Düşünürəm ki, bu, indi bu mümkün olmayacaq. Məncə, yalnız zaman göstərəcək", - deyə qeyd edib.
Ukraynadakı müharibənin nə qədər davam edəcəyi və nə vaxt bitəcəyi ilə bağlı qrafikdən danışmağın mümkün olmayacağını bildirən Ərdoğan: "Müharibənin nə qədər davam edəcəyini ancaq iki lider deyə bilər", - deyib.
Ərdoğan aparıcının Türkiyənin Rusiya, yoxsa ABŞ ilə münasibətlərindən daha çox faydalanması ilə bağlı sualını: "Deməli, bu, siyasi liderə birdəfəlik verilməməli olan sualdır. Çünki mənim siyasətdən anlayışım mümkün olduğu qədər dünyanın hər bir ölkəsi ilə "qarşılıqlı qazanc" ssenarisi əsasında kontekst yaratmağa əsaslanır. Mənim ABŞ-la yaxşı münasibətlərim olduğu kimi, Rusiya ilə də yaxşı münasibətlərim var. Avropa İttifaqına üzv dövlətlərlə də münasibətlərimi eyni yanaşma ilə, maraqlar prinsipi ilə davam etdirəcəyəm”, - deyə cavablandırıb.
Qadir, Bizimyol.info