Prezident Ərdoğan Amerikanın "PBS" kanalına açıqlama verib. Ərdoğan açıqlamasında: "Rusiyaya güvənməmək üçün heç bir səbəbim yoxdur, 50 ildir biz AB-nin qapısında gözləyirik. Qərb nə qədər etibarlıdırsa, Rusiya da bir o qədər etibarlıdır", - deyib.
Bizimyol.info xəbər verir ki, Osman Kavala və Səlahəddin Dəmirtaşla bağlı sualı cavablandırarkən PBS-nin aparıcısı Amna Navaz onun sözünü kəsməyə cəhd edərkən Ərdoğan: "Sözümü kəsməyə haqqınız yoxdur, hörmət edəcəksiniz. Məhkəmənin verdiyi qərar var və hər kəs bu qərara hörmət edəcək", - deyib.
Amerikanın PBS kanalına danışan prezident Ərdoğan deyib: "Biz son 50 ildir ki, Aİ-nin qapısında gözləyirik və indi mən Qərbə inandığım qədər Rusiyaya da güvənirəm”.
Görüş zamanı Ərdoğan taxıl dəhlizinin hazırda kəsildiyini, lakin hələ də Putinə inandığını və yaxın günlərdə taxıl dəhlizinin yenidən işə düşəcəyini bildirib. Ərdoğan: "ABŞ-ın Türkiyəyə "F16" qırıcıları satması Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsi ilə əlaqələndirilməməlidir. Hesab edirəm ki, bu iki məsələ bir-birində ayrı tutulmalıdır", - deyib.
İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışan Türkiyə Prezidenti: “Verdiyi vədlərə əməl etməlidir, qanunvericilik dəyişiklikləri kifayət deyil”, - deyə qeyd edib.
PBS-nin aparıcısı Əmna Navazın Sedef Kabaş, Osman Kavala və Səlahəddin Dəmirtaşın həbsləri ilə bağlı: "Bu insanları susdurmağa çalışırsınız?",- sualını Ərdoğan belə cavablandırıb: "Bununla niyə bu qədər maraqlanırsınız? Türkiyə hüquq dövlətidir. Qanunun aliliyində belə qərarlar məhkəmə orqanları tərəfindən verilir. Əgər məhkəmə bu istiqamətdə qərar veribsə, o zaman hər kəs məhkəmənin verdiyi qərara hörmətlə yanaşacaq. Mən məhkəmə hakimiyyəti adından danışacaq vəziyyətdə deyiləm. Dediyiniz bu şəxs (Kavala) terorçuları maliyyələşdirənlərdən biri olub”, - deyə cavab verib.
Səlahəddin Dəmirtaşın terrorçu olduğunu və 200-dən çox insanın ölümünə səbəb olduğunu və buna görə də məhkəmənin qərar verdiyini deyən Ərdoğan proqramın aparıcısının onun sözünü kəsməyə cəhd etməsinə sərt reaksiya verib: "Sizin sözümü kəsməyə haqqınız yoxdur. Buraya dəvət olunmuşuqsa, hörmət edəcəksiniz. Əlində konkrat faktları olmadan məhkəmənin qərarını şübhə altına almağa heç kimin ixtiyarı yoxdur. Əksini sübut etmətənə qədər, Türkiyə dövlətinin məhkəməsinin verdiyi qərara hörmət edəcəksiniz", -deyə kəskin etiraz bildirib.
Qadir, Bizimyol.info