Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ ətrafında "bəyanat" oyunu... - "Hərbi təlim ərəfəsində təxribat məqsədli addımlar atılır"
Qarabağ ətrafında "bəyanat" oyunu... - "Hərbi təlim ərəfəsində təxribat məqsədli addımlar atılır"

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Dağlıq Qarabağda etnik təmizləmə siyasətinə görə Azərbaycana qarşı sanksiyalar məsələsinin müzakirəsini zəruri hesab edir. Senator əlavə edib ki, Azərbaycanın sərhəd boyu qoşun topladığına görə, hərbi əməliyyatlara hazır olmaq lazımdır. Menendez qeyd edib ki, Avropada sabitliyə görə ABŞ və Avropa da məsuliyyət daşıyır. Son bir il ərzində ABŞ Ermənistan və Azərbaycan arasında uzunmüddətli və davamlı sülh sazişi üzrə danışıqlara yardım edib. “Mən regionda bütün insanlar üçün davamlı sülh və təhlükəsizliyin və fundamental hüquqların təmin edilməsi üçün istənilən səyi dəstəkləyirəm. Amma reallıq budur: bu danışıqlarda bir tərəf etnik təmizləmə kampaniyası ilə məşğul olanda söhbət faydasızdır”, - Bob Menendez bildirib.

“Vəhdət” partiyasının sədr müavini Vasif Əfəndi Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bob Menendez uzun illərdir, Türkiyə və Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış edir. O, erməniəsilli arvadının basqısı altında “lobbi"dən külli miqdarda maliyyə dəstəyi alaraq "Türk düşmənçiliyi" sürdürür.

Vasif Əfəndiyev Vasif Əfəndi

“2015-ci ildə Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsini əngəlləyən personadır. Onun adı indiyə qədər bir çox maliyyə fırıldaqlarında və pedofiliyada hallanmışdır. Dəfələrlə məhkləmə qarşısına çıxan Bob Menendez sübutların azlığı səbəbindən azadlığa çıxa bilmişdir. Onun bu mövqeyi bölgədə gərginliyin artmasına yönəlib”-deyən politoloq vurğulayıb ki, ABŞ-ın Ermənistanla birlikdə hərbi təlimlərə başladığı dövrdə belə bəyanat vermək çox təhlükəlidir. Lakin bir məsələ var ki, bu təhlükə xüsusilə Ermənistan üçündür.

“Ötən gün prezidentin sözçüsü Hikmət Hacıyev bir daha xatırlatdı ki, Ermənistan öhdəliklərdən qaçmağa cəhd etməsi o anlama gəlməməlidir ki, Azərbaycan buna dözəcək”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »