Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstan müqavimət qüvvələri ölkənin şimal-şərqində Taliban mövqelərinə hücum edib
Əfqanıstan müqavimət qüvvələri ölkənin şimal-şərqində Taliban mövqelərinə hücum edib

Əfqanıstan Azadlıq Cəbhəsi (ALF) Kabilin şimalında Taliban mövqelərinə hücum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Hasht-e Subh" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ALF raketi Taliban hərbi bazasına düşüb, hücum nəticəsində itki yoxdur.

Qrupun "X" sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində dərc olunan məlumatlarına görə, üç Taliban döyüşçüsü öldürülüb, daha ikisi yaralanıb. Bundan əlavə, müqavimət qüvvələri Talibana məxsus iki yolsuzluq avtomobilini məhv edib.

Qəzetin məlumatına görə, ALF şənbə günü Kabilin şimal-qərbində Taliban hədəflərinə hücum edib. Ən azı iki Talibançı öldürülüb, daha dördü isə yaralanıb.

ABŞ 2021-ci ilin yazında silahlı qüvvələrini ölkədən çıxarmaq qərarını elan etdikdən sonra Taliban Əfqanıstan üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. 15 avqust 2021-ci ildə Taliban döyüşsüz Kabilə daxil olub. Radikalların gücü ilə razılaşmayan qüvvələr şimal-şərq bölgəsində müqavimət hərəkatı təşkil ediblər. Hazırda Əfqanıstanda iki ən böyük müqavimət qrupu fəaliyyət göstərir:

“Milli Müqavimət Cəbhəsi” (ölkənin şimalında və şimal-şərqində yerləşir) və “Əfqan Azadlıq Cəbhəsi” (bir qayda olaraq, cənub bölgələrində fəaliyyət göstərir, lakin son vaxtlar ALF tərəfdarları ölkənin şimalında hücumlar etməyə başlayıblar.).

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »