"Avropa ölkələrinə nəzarətsiz miqrasiya bütün qitənin gələcəyini risk altında qoyur".
Bizimyol.info xəbər verir ki, bu sözləri İtaliyanın baş naziri Giorgia Meloni Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birlikdə minlərlə qeyri-qanuni miqrantın Avropaya yollandığı İtaliyanın Lampeduza adasında çıxışı zamanı deyib.
“Avropanın özü üçün istədiyi gələcək burada təhlükə altındadır. Avropanın gələcəyi onun dövrümüzün çağırışlarına cavab vermək qabiliyyətindən asılıdır və qeyri-leqal immiqrasiya problemi şübhəsiz ki, onlardan biridir”, - deyə Meloni qeyri-qanuni mühacirlərin sayının demək olar ki, 2015-ci ilin səviyyəsinə çatdığı barədə məlumatı şərh edərkən bildirib.
İtaliyanın baş naziri qaçaqmalçılara qarşı dəniz missiyasının formalaşmasına və Afrikadan nəzarətsiz miqrasiyaya qarşı tədbirlər görülməsi barədə əsaslı plan hazırlanması barədə çağırış edib.
“Qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizə aparmasaq, qeyri-qanuni immiqrant axını təkcə sərhədyanı ölkələrə deyil, həm də hər kəsə təsir edəcək”, - deyə o xəbərdarlıq edib.
Qadir, Bizimyol.info