Ukrayna prezidenti Vladimir Zelenski etiraf edib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks-hücum əməliyyatı ləng gedir, lakin Ukrayna qoşunları irəliləməyə davam edir.
Bizimyol.info xəbər verir ki, o, rus işğalçılarına fasilə verməməyin vacib olduğuna diqqət çəkib.
“Çox çətin vəziyyətdir. Mən sizinlə tam səmimi olacağam. Bizim təşəbbüsümüz var. Bu bir üstə gəl vəziyyətidir. Rusların hücumunu dayandırdıq və əks hücuma keçdik. Və buna baxmayaraq, hərəkətlərimiz gözlənildiyi qədər çox sürətli deyil. Bunun əhəmiyyətli səbəbləri var. Biz bəhanə aramırıq, qarşılaşdıımız konkret çətinliklərdən danışırıq. Onu da bilirik ki, hər gün irəli getməyimiz və ərazini azad etməyimiz vacibdir. Mümkün qədər ərazimizi təmizləməli, irəli getməliyik, hətta yarım mil və ya yüz yarddan az olsa belə, bunu etməliyik. Biz Putinə fasilə üçün imkan verməməliyik”, - Zelenski CBS-də Skott Pellinin “60 Dəqiqə” proqramında deyib.
Eyni zamanda o, bildirib ki, Ukrayna hərbçiləri Qərb silahlarından yalnız Ukrayna ərazisində istifadə edir: “Bilirsiniz ki, biz tərəfdaşlarımızın silahlarından yalnız Ukrayna ərazisində istifadə edirik. Və bu doğrudur, amma bunlar cəza missiyaları deyil, məsələn, mülki insanları öldürmürlər. Rusiya bilməlidir ki, harada olurlarsa olsunlar, Ukraynaya raket atmaq üçün hansı yerdən istifadə edirlərsə etsinlər, Ukraynanın həmin məntəqələrə hücum etmək üçün bütün mənəvi haqqı var. Biz onlara cavab veririk: Göyünüz düşündüyünüz qədər qorunmur", - Ukrayna prezidenti qeyd edib.
Onun sözlərinə görə, rus hakimiyyəti ukraynalıları sındırmağa çalışır, ona görə də Rusiya ordusu qeyri-hərbi hədəfləri vurur və dinc sakinləri qətlə yetirir.
"Bizi qırmaq üçün və mülki məqsədləri seçməklə Putin məhz buna nail olmaq - xalqı sındırmaq istəyir. Bu cür qanlı hərəkətlərlə yol açan adama və onun dediklərinə etibar etmək olmaz. Belə adama etibar yoxdur, çünki o, çoxdan insani hisslərini itirib”, - deyə Zelenski yekunlaşdırıb.
Müşahidəçilər Ukrayna ordusunun Zaporojye vilayətində Rusiya müdafiəsində yaratdığı sipərin tədricən genişlənməsini qeyd ediblər. Rusiya komandanlığı müvəqqəti işğal olunmuş Donbass ərazisindən cənuba ən döyüşə hazır birləşmələri köçürür.
Öz növbəsində Britaniya kəşfiyyatı göstərib ki, ruslar Ukrayna ordusundan qorxduqları üçün Tokmak ətrafında müdafiə mövqelərini gücləndirməyə çalışırlar. Bundan əlavə, ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun “uğursuz olmadığını”, qismən uğurların olduğunu və “Ukraynanın böyük döyüş gücünə malik olduğunu” bildirib.
Qadir, Bizimyol.info