Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin təşkil etdiyi şam yeməyində çıxışı zamanı deyib ki, Ukrayna sülh prosesində məğlub tərəf olmayacaq.
Bizimyol.info xəbər verir ki, Ərdoğanın məclisdəki çıxışı Türkiyə Prezident Aparatının saytında yerləşdirilib.
“Biz bir çox diplomatik uğurlar əldə etmişik. Biz müharibədə qalibin, sülhdə isə məğlubun olmadığı inancı ilə çoxşaxəli səylərimizi davam etdiririk”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti çıxışı zamanı Ankaranın regional və qlobal böhranların həllində artan vasitəçilik rolunu da vurğulayıb: "Bizim hər iki dövlət başçısı ilə normal münasibətlərimiz var. Səmimi siyasi münasibətlərimiz aramızda etimad bağlarını artırıb və Türkiyəni mövqeyi həm Rusiya, həm də Ukrayna üçün açıqdır. Bu baxımdan da, ölkəmizin sülh danışıqlarını başlamaq üçün kifayər qədər münasib məkan olduğu qənaətindəyik. Eyni zamanda, bu iki döst ölkə arasındakı münaqişənin sona çatması Türkiyənin siyasi-itisadi maraqlarına uyğundur", - deyə Ərdoğan qeyd edib.
Ərdoğan əvvəllər də dəfələrlə bəyan edib ki, Ankara Moskva ilə Kiyev arasında İstanbul formatında danışıqların bərpasının tərəfdarıdır. Danışıqlar ötən ilin martında olub, lakin Ukrayna tərəflər arasında sonradan yaranan anlaşmazlıq üzündən orada əldə olunan razılaşmalar pozulub. Ərdoğan Rusiya və Ukrayna prezidentləri arasında danışıqlar üçün platforma kimi ölkəsinin ərazisini verməyə hazır olduğunu da bildirib.
Türkiyə prezidentinin sentyabrın 4-də Rusiyaya səfəri öncəsi Türkiyə diplomatiyasının rəhbəri Hakan Fidan iki ölkənin xarici işlər nazirləri ilə Kiyev və Moskvada Ukrayna böhranının həllini müzakirə edib.
Qadir, Bizimyol.info