Birləşmiş Ştatlarda BMT Assambleyasına gedən Baş nazir Benyamin Netanyahu sentyabrın 18-nə keçən gecə hüquq islahatlarına qarşı çıxan nümayişçilərə hücum edərək, onların “FAT və İran ilə birləşdiklərini” deyib.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
“Kim etirazları təşkil edirsə, bunu çoxlu pulla edir. Nümayişlər maliyyələşdirilir. Onlar elə bilirlər ki, yolların bağlanması normadır, hərbi və ehtiyatda xidmətdən imtina etmək normadır. Onlar bilməlidirlər ki, bununla bütün dünyanın gözü qarşısında İsraili ləkələyirlər. Onlara normal görünən bir hərəkət dünya ictimaiyyəti tərəfindən əcaib görünə bilər. Bu dövləti və qlobal məsələlərdə haqlı iradəmizi ləkələyir. İsraili haqlı olduğu halda, haqsız kimi göstərir. Mən müxalifətin başçısı olmuşam və heç vaxt bütün dünyanın gözü qarşısında İsrailə böhtan atmamışam”, - deyə o qeyd edib.
“Kaplan qüvvələri” Netanyahuya cavab verməyə tələsdi: “Netanyahu İsraili Polşa, Macarıstan, Türkiyə və İran dövlətinə - qaranlıq diktatura rejimlərinə aparır. Netanyahu İsrailin dünyadakı imicini məhv etdi və onu hələ də xilas edə biləcək yeganə qüvvə İsrailin demokratik dəyərlərini qoruyan nümayişçilərdir”, - deyə bəyanatda qeyd ediblər.
Çıxışının əvvəlində Netanyahu prezident Baydenlə İranı və daha geniş dünyanı müzakirə edəcəyini, həmçinin digər liderlərlə görüşəcəyini deyib. O, həmçinin "insan texnologiyasında ən dramatik inkişafa rəhbərlik edən insan" adlandırdığı Elon Musk ilə görüşünü qeyd edib və Muskın İsrailə sərmayə qoymasına təkan verəcəyini bildirib.
Qadir, Bizimyol.info