Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı müharibəni dəqiq necə “sonlandırmağı” planlaşdırdığının təfərrüatlarını açıqlamaqdan imtina edib.
Bizimyol.info xəbər verir ki, o, "NBC" telekanalına müsahibəsində planın təfərrüatlarını açıqlayacağı təqdirdə bütün kartlarını itirəcəyini bildirib: "Ancaq mən Putinə müəyyən şeylər deyərdim. Yaxşı münasibətdə olduğum Zelenskiyə də müəyyən təkliflər verə bilərdim", - deyə Tramp bildirib.
O, Putinə işğal olunmuş əraziləri saxlamağa imkan verəcək sövdələşmənin tərəfdarı olub-olmayacağı ilə bağlı suala belə cavab verib: “Yox, yox, belə deyil. Yamı üçün ədalətli bir razılaşma əldə edərdik. Xeyr, mən bunu ədalətli yolla həll edərdim”,- deyə Tramp qeyd edib. O, qalib gəlsə, Ukrayna və Rusiya prezidentləri ilə razılığa gəlmək üçün onları “bir araya gətirmək” niyyətindədir.
Bildiyiniz kimi, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının əvvəlində Tramp Putinə haqq qazandırdı, müharibə istəmədiyini sübut etməyə çalışdı. Eyni zamanda o, Putinin hərəkətlərini “dahi bir hərəkət” adlandırıb.
Tramp əmindir ki, ukraynalılar genişmiqyaslı müharibənin qarşısını almaq üçün işğal olunmuş Krımı və ya NATO-ya üzv olmaq istəklərindən vaz keçməli idilər. O, prezident seçkilərində iştirak edəcəyini açıqlayanda 24 saat ərzində Ukraynada müharibəni dayandıracağına söz verib.
Qadir, Bizimyol.info