Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukraynadakı münaqişə ərazilərin bir hissəsinin Rusiyaya verilməsi ilə bitməyəcək.
Bizimyol.info xəbər verir ki, o, bu barədə CBS televiziyasına müsahibəsində bildirib.
"Xeyr. Bu bizim ərazilərimizdir. Biz heç bir şərtlə ərazilərinizin işğal olunmasına razı ola bilmərik", - dövlət başçısı sülh naminə ərazilərin bir hissəsindən imtina etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, Ukraynanın əks-hücumları əlverişli hava şəraiti bitdikdən sonra da davam edəcək.
“Biz irəli getməliyik. Havanı və bu kimi şeyləri unudun. Sərhədlərimizi tərk etmədikləri halda müharibəni hər hansı şəkildə dayandırmaq düşmənin xeyrinə olacaq”, - deyə o qeyd edib.
Avqustda Ali Rada münaqişəni dayandırmaq üçün hər hansı ərazi güzəştlərini istisna edən qətnamə qəbul edib. Avqustun 15-də NATO baş katibinin şəxsi ofisinin direktoru Stian Yenssen İsveçin “Verdens Gang” qəzetinə bildirib ki, Ukrayna Rusiyanın bir hissəsi kimi tanımaqdan imtina etdiyi əraziləri verməyə razılaşarsa, NATO üzvü ola bilər.
Ukrayna hakimiyyəti dəfələrlə NATO-nu kifayət qədər təchizatın olmamasında günahlandırıb, alyansın bir neçə rəsmisi Kiyevə uğurlu əks-hücum üçün lazım olan hər şeyin verildiyini bildirib. Ukrayna mediası qeyd edir ki, payızın sonunadək döyüş meydanında mühüm nəticələr əldə olunmasa, Qərb ölkələri maliyyə və hərbi dəstəyi kəskin azalda bilər.
Onlar həmçinin iddia edirlər ki, əvvəllər Zelenski tez-tez Qərb analitiklərinin məsləhətlərinə qulaq asmırdı və bu, Ukrayna Silahlı Qüvvələrinə fəlakətli itkilər və Mariupol, Artemovsk və digər məskunlaşmış ərazilər üzərində nəzarəti itirməsi bahasına başa gəlib.
Qadir, Bizimyol.info