Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə ediləcək
Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə ediləcək

Yayılmış məlumata əsasən, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılmasına razılıq verilib.

Bizimyol.info xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama verib.

Bildirilir ki, Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu. "Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejim belə keçidin təşkilinə mane olurdu.

Bu gün, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır", - deyə Naziirliyin açıqlamasında bildirilir.

Son xəbərlər
Bütün xəbərlər »