Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeddi ildir yerindən tərpənmədən yaşayan mağara canlısı araşdırma mövzusuna çevrilib
Yeddi ildir yerindən tərpənmədən yaşayan mağara canlısı araşdırma mövzusuna çevrilib

Salamandr ən uzun yaşayan canlılardan biri kimi tanınır. Nadir bir salamandr növü olan mağara salamandrının illərdir fəaliyyətsiz olması tədqiqatçıları təəccübləndirib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatında verilən məlumata görə, salamandrlar üzərində aparılan araşdırmalar alimləri təəccübləndirməyə davam edir.

Əvvəlki araşdırmalar bu canlıların yüz illərlə yaşaya biləcəyini göstərmişdi. Yeni bir araşdırma, mağara salamandrı kimi tanınan salamandr növünün illərlə hərəkətsiz qala biləcəyini ortaya qoydu.

Mağara salamandrlarını tədqiq edən tədqiqatçılar Bosniya və Herseqovinadakı mağaralarda mağara salamandrlarının hərəkəti ilə bağlı on illik məlumatları araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki, mağara salamandrı 10 ildə 10 metrdən az hərəkət edib. Bosniya və Herseqovina mağaralarında yaşayan salamandrlardan biri 7 il olduğu yerdən tərpənməyib.

Mağara salamandrları üzərində aparılan araşdırmalar bu canlıların nə qədər dözümlü olduğunu göstərir. Mağara salamandrları bir neçə il qidalanmadan yaşaya bilir. Kor olan mağara salamandrı yeraltı və ya su altında yaşamağa üstünlük verir.

Mağara salamandrları bir neçə ildən bir bir neçə metr hərəkət edir

Cütləşmək üçün hər 12,5 ildən bir hərəkət edən mağara salamandrları ümumiyyətlə qida qıtlığı olan mağaralarda yaşayırlar. Salamanderlər imkan daxilində kiçik krevetlər, ilbizlər və həşəratlarla qidalanırlar.

Macarıstanın Eötvös Loránd Universitetindən Gergely Balázsın rəhbərlik etdiyi elm adamları Bosniya və Herseqovinanın şərqindəki su mağaralarında mağara salamandrı populyasiyası üzərində araşdırma aparıblar.

Tədqiqatçılar səkkiz ildən artıqdır ki, mağara salamandrlarını izləmək üçün “tutma-işarə-geri tutma” adlandırdıqları üsuldan istifadə ediblər. Balazs "New Scientist"ə araşdırma haqqında: "Onlar sadəcə olduqları yerdə dururlar, belə demək mümkündür ki, bu canlılar tamailə hərəkət etmirlər".

Mağara salamandrlarını tədqiq edən alimlər tədqiqatın nəticələrini "Journal Zoology" jurnalında dərc ediblər. Tədqiqatçılar məqalələrində növlər üzərində araşdırmaların ümumiyyətlə laboratoriya mühitində aparıldığını, təbii ərazilərdə öyrənilməməyin isə məlumat çatışmazlığına səbəb olduğunu bildiriblər.

Eötvös Lorand Universitetinin tədqiqatçıları deyirlər ki, su mağarası ekosisteminin tədqiqi diqqətdən kənarda qalan bir sahədir. Həssas ekosistemlər kimi su mağaraları üzərində aparılan tədqiqatlar bu ekosistemlərdən kənarda su mağarası ekosisteminə fayda verən başqa şeyləri də aşkar edə bilər.

Eötvös Loránd Universitetinin mağara salamandrları üzərində araşdırma aparan alimləri, bu canlıların tədqiqinin su mağarası ekosistemi haqqında başqa məlumatlar əldə edəcəyini açıqlayıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »