Polşa hakimiyyəti sentyabrın 17-dən etibarən Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski mətbuat konfransında məlumat verib.
“Sentyabrın 8-də Avropa Komissiyasının Rusiyada qeydiyyatda olan avtomobillərin Aİ-yə girişinə qadağa qoyulması ilə bağlı açıqlamalarının dərci ilə əlaqədar olaraq, bu qadağa Polşa sərhədində sabahdan qüvvəyə minəcək. Bu gecə yarısından etibarən qərarın icarasına başlanacaq”, - deyə nazir qeyd edib.
Kaminskinin sözlərinə görə, qadağa o deməkdir ki, Rusiyada qeydiyyatda olan hər hansı bir minik avtomobili Polşa ərazisinə daxil ola bilməyəcək. “Rusiya yük maşınlarına qadağa əvvəllər də qüvvədə idi, indi bu işi bağlayırıq. Heç bir rus maşını Polşaya girməyəcək”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, bu, avtomobilin hansı dövlətin vətəndaşına məxsus olmasından asılı olmayaraq həm kommersiya, həm də şəxsi daşımalara aiddir.
Qadir, Bizimyol.info