Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhsa Əmininin ölümünün ildönümündə atası həbs edilib
Məhsa Əmininin ölümünün ildönümündə atası həbs edilib

İranın təhlükəsizlik qüvvələri şənbə günü Məhsa Əmininin ölümünün ildönümündə atasını saxlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" xəbər agentliyi kürd hüquq müdafiə təşkilatına və yas tutan ailəyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Norveçdə mənzil qərargahı olan "Hengaw" insan haqları təşkilatı da ailəyə yaxın mənbəyə istinadən Amjad Əmininin İranın qərbindəki evindən çıxarkən həbs edildiyi barədə məlumatını təsdiqləyib.

Məhsa Əmininin bir il əvvəl polis idarəsinə aparılaraq orada ölməsi aylarla davam edən hökumət əleyhinə etirazlara səbəb oldu və bu, son illərdə hakimiyyətə qarşı ən böyük müxalifət nümayişinə çevrildi.

Reuters Amjad Əmininin saxlanması ilə bağlı xəbərləri təsdiq edə bilməyib. Halbuki məsələ ilə bağlı məlumar almaq üçün "Reuters" agentliyi dərhal İran rəsmi dairələrinə müraciət edib.

Ailəyə yaxın şəxslərin verdiyi məlumata görə, İran təhlükəsizlik qüvvələri kişiyə qızının ölümünün ildönümü ilə bağlı nümayişlərdə iştirak etməməsi ilə bağlı xəbərdarlıq edib. Amjad Əmini təhdid edildikdən sonra sərbəst buraxılıb.

İranda hicab qaydalarını pozduğu üçün əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsanın ölümü ilə bağlı kütləvi nümayişlərin keçiriləcəyi gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »